--:--:-- | 16 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Azərbaycanlı jurnalistlər İsrail telekanalında olublar

Aysel Əlibəyli 31 Avqust 2026 · 17:19 1066 baxış

Media-tur çərçivəsində jurnalistlər “Channel 12”nin xəbər istehsalı prosesi ilə tanış olublar

Elpress.az xəbər verir ki, İsraildə keçirilən media-turda iştirak edən azərbaycanlı jurnalistlər ölkənin aparıcı kommersiya xəbər kanallarından biri olan “Channel 12”nin fəaliyyəti ilə tanış olublar.Səfər zamanı jurnalistlər kanalın əsas xəbər redaksiyasına və televiziya proqramlarının hazırlandığı studiyalara baş çəkiblər. Onlara redaksiyanın gündəlik iş prinsipləri, xəbərlərin hazırlanması, redaktəsi və efirə təqdim olunması mərhələləri barədə məlumat verilib.Azərbaycanlı media nümayəndələri həmçinin İsraildə geniş auditoriyaya təqdim olunan əsas axşam xəbər buraxılışının hazırlandığı studiyanı ziyarət ediblər.Görüşlər zamanı “Channel 12”nin xəbər istehsalı təcrübəsi, böyük redaksiyanın fəaliyyəti, operativ məlumatların hazırlanması və müasir televiziya texnologiyalarından istifadə imkanları müzakirə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Füzulidə qəza: ANAMA əməkdaşı həyatını itirib

Next Article

Bişkekdə ŞƏT sammiti üçün təhlükəsizlik tədbirləri gücləndirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub

Aysel Əlibəyli 08 Oktyabr 2026 · 08:48 1072 baxış Rusiya-Ukrayna müharibəsində Saratov vilayətinin Yerşov rayonundan olan azərbaycanlı Rəşad Bəymirzəyev həyatını itirib. Elpress.az xəbər verir ki, bu barədə Yerşov rayon administrasiyası məlumat yayıb. Yerli administrasiya mərhumun […]