--:--:-- | 04 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Belarusda yaşayan azərbaycanlıya dövlət medalı təqdim olunub

Aysel Əlibəyli 17 Avqust 2026 · 10:32 1086 baxış

Elpress.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Maksim Tank adına Belarus Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Fuad İbrahimovla görüşüb.

Görüş zamanı xaricdə yaşayan azərbaycanlıların fəaliyyətindən, diaspor təşkilatlarının Azərbaycan həqiqətlərinin və milli-mədəni irsimizin təbliğində rolundan danışılıb.Fuad Muradov soydaşlarımızın yaşadıqları ölkələrin ictimai həyatında fəal iştirak etdiklərini və Azərbaycanla digər dövlətlər arasında əlaqələrin inkişafına töhfə verdiklərini qeyd edib.Daha sonra Fuad İbrahimova Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim olunub.

Fuad İbrahimov göstərilən diqqətə görə təşəkkürünü bildirib və gələcəkdə də Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsi, eləcə də ölkələrarası əlaqələrin inkişafı istiqamətində səylərini davam etdirəcəyini deyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Balakəndə qarğıdalı sahəsindən külli miqdarda narkotik götürülüb

Next Article

Təbriz-İrəvan aviareysləri bərpa edilir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Düşənbədə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Aysel Əlibəyli 05 İyun 2026 · 10:50 1223 baxış Tacikistanın paytaxtı Düşənbə şəhərində 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın səfirliyinin təşkilatçılığı ilə rəsmi qəbul baş tutub. Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Tacikistanın […]

Azərbaycan kanoeçisi Avropa çempionatında gümüş medal qazandı

Aysel Əlibəyli 26 İyul 2026 · 19:09 1114 baxış Macarıstanın Seqed şəhərində keçirilən kayak və kanoe üzrə gənclər və 23 yaşadək idmançılar arasında Avropa çempionatında Azərbaycan təmsilçisi Tatyana Smilovenko uğurlu çıxışı ilə diqqət çəkib. Elpress.az […]

ADA Universitetində Karyera sərgisi keçirildi

Elşən 29 Aprel 2026 · 13:35 1163 baxış Aprelin 24-də ADA University-də 14-cü Karyera sərgisi təşkil olunub. Tədbirdə müxtəlif sahələri təmsil edən ümumilikdə 150-yə yaxın qurum iştirak edib. Sərgidə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət […]