--:--:-- | 17 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Azərbaycanlı tenor ABŞ-ın tarixi səhnəsində alqışlarla qarşılandı

Aysel Əlibəyli 15 İyul 2026 · 11:15 1136 baxış

ABŞ-ın Boston şəhərində yerləşən tarixi “Jordan Hall” konsert salonunda azərbaycanlı opera ifaçısı Emin İsmayılov uğurlu çıxışı ilə diqqət mərkəzinə düşüb.

Elpress.az xəbər verir ki, Boston Festival Orkestrinin müşayiəti ilə bəstəkar Kristofer Tinin “The Drop That Contained the Sea” vokal-simfonik əsəri təqdim olunub.

Əsərin Yunus Əmrənin sözlərinə bəstələnmiş və türk dilində səslənən “Haktan Gelen Şerbeti” hissəsinin solo partiyasını azərbaycanlı tenor Emin İsmayılov ifa edib.Hazırda ABŞ-da təhsilini davam etdirən gənc sənətçinin peşəkar və təsirli ifası tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Musiqi layihəsində türk dilində səslənən hissənin məhz azərbaycanlı ifaçı tərəfindən təqdim edilməsi Azərbaycan vokal sənətinin beynəlxalq arenadakı növbəti uğuru kimi dəyərləndirilir.

Qeyd edək ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu olan Emin İsmayılov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dəvətli solisti kimi fəaliyyət göstərib. O, Almaniyanın “İmmling” Beynəlxalq Opera Festivalı və digər nüfuzlu beynəlxalq musiqi layihələrində də Azərbaycanı uğurla təmsil edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Kahramanmaraş 4,2 bal gücündə zəlzələ ilə silkələndi

Next Article

Zirə çimərliyində dəniz suyunun rəngi dəyişdi. Araşdırmalara başlanılıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Pakistanın Bakıdakı səfirliyində yeni konsul

Aysel Əlibəyli 27 Avqust 2026 · 15:09 1064 baxış Rubab Kazmi mətbuat və mədəniyyət işləri üzrə konsul vəzifəsinə təyin edilib Elpress.az xəbər verir ki, Pakistanın Azərbaycandakı səfirliyində mətbuat və mədəniyyət sahələri üzrə yeni konsul fəaliyyətə […]

Bişkekdə Azərbaycan dili və ədəbiyyatı müzakirə olunub

Aysel Əlibəyli 13 Oktyabr 2026 · 21:32 1058 baxış Qırğızıstanın paytaxtında Türk dünyasının ortaq dil və mədəni irsinə həsr olunan beynəlxalq elmi-praktik konfrans təşkil edilib. Elpress.az xəbər verir ki, tədbir Yusif Balasaqunlu adına Qırğız Milli […]

Hamburqda azərbaycanlı gənclər bir araya gəlib

Aysel Əlibəyli 08 Oktyabr 2026 · 23:40 1070 baxış Almaniyanın Hamburq şəhərində yaşayan azərbaycanlı gənclər və tələbələr bilik və məntiq bacarıqlarını sınamaqla yanaşı, yeni ünsiyyət imkanları qazanıblar. Şəhərdə soydaşlarımız arasında intellektual yarış təşkil olunub. Elpress.az […]