--:--:-- | 03 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Kanadada Anım Günü: şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Aysel Əlibəyli 01 Oktyabr 2026 · 21:58 1030 baxış

Kanadanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlılar 27 Sentyabr – Anım Günü münasibətilə Vətən uğrunda həyatını itirən şəhidlərimizin xatirəsini yad ediblər.

Elpress.az xəbər verir ki, Toronto şəhərindəki Azərbaycan Evində keçirilən tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub.Tədbirdə tarixçi-tədqiqatçı Fuad Axundov Azərbaycanın 1918-ci ildən 2020-ci ilə qədər keçdiyi tarixi mərhələlər barədə çıxış edib.

O, “Biz xatırlayırıq: Azərbaycanın Zəfərə aparan yolunun mühüm mərhələləri” mövzusunda təqdimatla çıxış edib.Azərbaycan Evində şəhidlərə həsr olunmuş xüsusi guşə də yaradılıb. Burada qəhrəmanlarımızın döyüş yolu və göstərdikləri fədakarlıqlar barədə məlumatlar təqdim olunub.Ottavada isə Azərbaycan Respublikasının Kanadadakı Səfirliyi və “Qarabağ” Azərbaycan Dili Məktəbinin birgə təşkilatçılığı ilə Anım Gününə həsr olunmuş tədbir keçirilib. Çıxışlarda 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyəti, milli birlik və həmrəyliyin rolu qeyd olunub.Hamilton şəhərində fəaliyyət göstərən Azərbaycan dili sinfində də Anım Gününə həsr olunmuş dərs təşkil edilib. Şagirdlərə Qarabağın tarixi, Vətən müharibəsi və şəhidlərimizin qəhrəmanlığı barədə məlumat verilib.Toronto Şəhər Təhsil İdarəsinin nəzdindəki Azərbaycan dili məktəbində yeni tədris ilinin ilk dərsi də Anım Gününə həsr olunub. Şagirdlər Zəfər tariximizlə bağlı fotoşəkillərdən ibarət stendlə tanış olub, vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Kanadada keçirilən bu tədbirlərdə şəhidlərin xatirəsinin yaşadılması, Azərbaycanın tarixi barədə məlumatların gənc nəslə çatdırılması və milli dəyərlərin qorunmasının vacibliyi diqqətə çatdırılıb

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Heydər Əliyev Mərkəzindən Çinə xüsusi jest

Next Article

“Şahmaran” əfsanəsi səhnədə canlanacaq – Premyera tarixləri açıqlanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Nyu-Yorkda azərbaycanlı gənclərin iştirakı ilə görüş keçirilib

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 18:23 1056 baxış Elpress.az xəbər verir ki, ABŞ-nin Nyu-York şəhərində yaşayan və təhsil alan azərbaycanlı gənclər üçün şəbəkələşmə tədbiri təşkil olunub.“Meet & Greet” formatında keçirilən görüşdə 40-a yaxın azərbaycanlı […]

Xaricdəki azərbaycanlı alimlər Bakıda bir araya gələcək

Aysel Əlibəyli 02 Oktyabr 2026 · 20:18 1016 baxış Xaricdə yaşayan azərbaycanlı alimlərin iştirakı ilə II Forum dekabrın 9-10-da Bakıda keçiriləcək. Tədbirin əsas hədəfi müxtəlif ölkələrdə çalışan alimlər arasında əlaqələri gücləndirmək və Azərbaycan elmi ilə […]