--:--:-- | 08 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

“Bakı Metropoliteni” sədrinə yeni müşavir təyin edildi

Aysel Əlibəyli 06 Oktyabr 2026 · 23:37 1032 baxış

“Bakı Metropoliteni” QSC-də yeni vəzifə təyinatı baş tutub.

Elpress.az xəbər verir ki, Elqün Rəsulov qurumun sədri Vüsa Aslanovun müşaviri vəzifəsinə təyin edilib.

Məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Qeyd edək ki, Elqün Rəsulov 2022-2026-cı illərdə “Azərpoçt” MMC-də İdarə Heyətinin üzvü və sədr müşaviri kimi fəaliyyət göstərib. O, 2022-ci ildə Elektron Hökumətin İnkişafı Mərkəzinin direktorunun müşaviri vəzifəsində də çalışıb.

Rəsulov 2006-2022-ci illər ərzində bank sektorunda müxtəlif rəhbər vəzifələr tutub. Bu dövrdə o, şöbə və departament müdiri, eləcə də müşavir kimi fəaliyyət göstərib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Əli Hacı Ağaevlidən Nəsiminin şərəfinə yeni şeir

Next Article

Bakının 5 rayonunda və Abşeronun bəzi ərazilərində su kəsiləcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Tibb işçilərinin maaş artımının təşəbbüskarı Mehriban Əliyevadır

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 17:18 1066 baxış Elpress.az xəbər verir ki, sentyabrın 1-dən TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində çalışan əməkdaşların əməkhaqlarında artım tətbiq edilib.Məlumata görə, Birinci vitse-prezident Mehriban Əliyeva səhiyyə işçilərinin sosial […]