--:--:-- | 29 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Polşa səfiri: Son hadisələr Azərbaycanla münasibətlərə təsir etməyəcək

Aysel Əlibəyli 12 Sentyabr 2026 · 15:54 1072 baxış

Pavel Radomski: Azərbaycan-Polşa münasibətləri çox yaxşı vəziyyətdədir

Elpress.az xəbər verir ki, Polşanın Azərbaycandakı səfiri Pavel Radomski mediada yayılan bəzi materiallar və yaşanan insidentlərin iki ölkə arasındakı münasibətlərə təsir etməyəcəyini bildirib.Diplomat bunu diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri zamanı deyib. O, Azərbaycan-Polşa münasibətlərinin hazırda çox yaxşı vəziyyətdə olduğunu və tərəflər arasında davamlı dialoqun mövcudluğunu qeyd edib.Səfirin sözlərinə görə, iki ölkə arasında ikitərəfli əməkdaşlığın inkişafını izləmək üçün müvafiq mexanizm fəaliyyət göstərir və gələcək əməkdaşlığın genişləndirilməsi ilə bağlı planlar mövcuddur.Pavel Radomski Qarabağa səfəri barədə təəssüratlarını da bölüşüb. O bildirib ki, bu, onun bölgəyə dördüncü səfəridir və əvvəlki səfərlərlə müqayisədə azad edilmiş ərazilərdə aparılan bərpa, yenidənqurma və modernləşdirmə işlərində böyük irəliləyiş müşahidə olunur.Diplomat Şuşanın bərpa olunmuş vəziyyətinin, eləcə də Qarabağın təbiətinin onda xüsusi təəssürat yaratdığını vurğulayıb.O, Polşa mediasında Azərbaycana qarşı yayılan bəzi iddialara münasibət bildirərkən belə hallara yalnız “insident” kimi yanaşılmasının vacibliyini qeyd edib və onların ikitərəfli əlaqələrə təsir göstərməyəcəyinə əmin olduğunu deyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Qaradağda insan kapitalının inkişafına həsr olunan konfrans keçirilib

Next Article

AMB BOKT-lar üçün yeni borclanma hədləri müəyyən edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Tbilisidə BMT-nin Dövlət Xidmətləri Forumu işə başlayıb

Aysel Əlibəyli 24 İyun 2026 · 11:45 1220 baxış Elpress.az xəbər verir ki, Gürcüstanın paytaxtı Tbilisidə BMT-nin Dövlət Xidmətləri Forumunun açılış mərasimi keçirilib. Tədbirdə 100-ə yaxın ölkədən 420 nümayəndə, o cümlədən Azərbaycan nümayəndə heyəti iştirak […]

Niderlanddakı səfır geri çağırılaraq Belçikaya təyin olundu

Aysel Əlibəyli 10 Avqust 2026 · 18:31 1104 baxış Prezident İlham Əliyevin sərəncamları ilə diplomatiyada rotasiya: Məmməd Əhmədzadə Belçikaya səfir təyin edilib Elpress.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Məmməd Bahəddin oğlu […]