Azərbaycan Prezidenti İlham Əliyev İspaniyada baş verən ağır dəmir yolu qəzası ilə əlaqədar İspaniya hökumətinə və xalqına başsağlığı verib.
Elpress.az xəbər verir ki, dövlət başçısı bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.
Prezident İspaniyanın Baş naziri Pedro Sançesə, həlak olanların ailələrinə və İspaniya xalqına dərin hüznlə başsağlığı çatdırıb, yaralananlara şəfa diləyib.


