Səhiyyə Nazirliyinin mətbuat xidmətində kadr dəyişikliyi baş verib. TƏBİB-in mətbuat katibi Fərid İsrafilzadə nazirlikdə fəaliyyətə başlayıb.
Elpress.az xəbər verir ki, bu barədə Fərid İsrafilzadə “Oxu.Az”a açıqlamasında məlumat verib. Onun sözlərinə görə, hər iki qurumun kommunikasiya bölmələri arasında əməkdaşlıq vahid yanaşma prinsipi əsasında təşkil olunur.
F.İsrafilzadə bildirib ki, hazırda şöbələr arasında məlumat mübadiləsinin əlaqələndirilməsi və səhiyyə sahəsində vahid informasiya siyasətinin formalaşdırılması istiqamətində birgə fəaliyyət aparılır.
Xatırladaq ki, Prezident İlham Əliyevin 19 oktyabr 2026-cı il tarixli fərmanına əsasən, TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib. Sənəd səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsini və qurumlar arasında əlaqələndirmənin gücləndirilməsini nəzərdə tutur.


