Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 30-da Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşündə iştirak edə bilməyəcək.
Elpress.az xəbər verir ki, buna səbəb dövlət başçısının əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirakı və iş qrafikinin sıxlığıdır.
Prezident həmin gün Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalının final oyununun və rəsmi bağlanış mərasiminin ardından qaliblərin mükafatlandırılması tədbirində iştirak edəcək.
İlham Əliyevin tapşırığına əsasən, TDT-nin Zirvə görüşündə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək. Azərbaycan nümayəndə heyətinin sammit çərçivəsində keçiriləcək digər tədbirlərdə də iştirakı nəzərdə tutulur.


