--:--:-- | 29 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Hakan Fidan Ceyhun Bayramovu Ankarada qarşıladı

Aysel Əlibəyli 29 Oktyabr 2026 · 16:09 1020 baxış

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 13-cü iclasında iştirak etmək üçün Türkiyəyə səfər edib.

Elpress.az xəbər verir ki, nazir Ankarada türkiyəli həmkarı Hakan Fidan tərəfindən qarşılanıb. İclas oktyabrın 29-da TDT-nin 13-cü Zirvə toplantısı çərçivəsində keçirilir.

Səfər çərçivəsində Ceyhun Bayramovla Hakan Fidan arasında ikitərəfli görüş də keçirilib. Tərəflər Azərbaycan-Türkiyə əlaqələrinin inkişaf perspektivlərini müzakirə ediblər.

TDT-nin Ankara sammiti oktyabrın 29–30-na planlaşdırılıb. Xarici işlər nazirlərinin görüşü təşkilata üzv və müşahidəçi ölkələr arasında əməkdaşlıq gündəliyinin müzakirəsi baxımından əhəmiyyət daşıyır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İlham Əliyev Ərdoğanı Cümhuriyyət Bayramı münasibətilə təbrik edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan və “John Deere” əməkdaşlığı müzakirə olunub

Aysel Əlibəyli 16 İyul 2026 · 13:31 1136 baxış İlham Əliyev “John Deere” şirkəti ilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib Elpress.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 16-da “John Deere” […]