--:--:-- | 09 Avqust 2026, Bazar
Son Xəbər
Yüklənir...

Tbilisidə BMT-nin Dövlət Xidmətləri Forumu işə başlayıb

Aysel Əlibəyli 24 İyun 2026 · 11:45 1100 baxış

Elpress.az xəbər verir ki, Gürcüstanın paytaxtı Tbilisidə BMT-nin Dövlət Xidmətləri Forumunun açılış mərasimi keçirilib.

Tədbirdə 100-ə yaxın ölkədən 420 nümayəndə, o cümlədən Azərbaycan nümayəndə heyəti iştirak edir.

Məlumata görə, forumda Azərbaycanın nümayəndə heyətini State Social Protection Fund of Azerbaijan təmsil edir.Açılış mərasimində Irakli Kobakhidze, Paata Salia və Li Junhua çıxış edərək forumun əhəmiyyətindən danışıblar. Tədbir çərçivəsində keçirilən panel müzakirəsində DSMF-nin İdarə Heyətinin sədri Zəka Mirzəyev Azərbaycanda sosial təminat və sosial sığorta sahəsində həyata keçirilən islahatlar, rəqəmsal xidmətlərin genişləndirilməsi və vətəndaş məmnunluğunun artırılması istiqamətində əldə olunan nəticələr barədə təqdimatla çıxış edib.Forumun digər sessiyalarında rəqəmsal inklüzivlik, dövlət idarəçiliyində şəffaflıq və hesabatlılıq, ictimai etimadın gücləndirilməsi, rəqəmsal transformasiya və insan mərkəzli dövlət xidmətlərinin inkişafı ilə bağlı məsələlər müzakirə olunub.Tədbirdə həmçinin dezinformasiyaya qarşı mübarizə, inklüziv dövlət qurumlarının formalaşdırılması və gələcək dövlət xidmətlərinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

AMB pul siyasəti ilə bağlı yeni qərar verdi

Next Article

Romeo Bekhem Hollivuda addım atdı

Bəlkə də, sizin üçün maraqlı olar ...;