Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana 29 Oktyabr – Cümhuriyyət Bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.
Elpress.az xəbər verir ki, dövlət başçısı məktubunda Ərdoğanı və onun simasında bütün Türkiyə xalqını Azərbaycan xalqı adından təbrik edib, qardaş ölkəyə əmin-amanlıq və firavanlıq arzulayıb.
Prezident Azərbaycanla Türkiyə arasındakı münasibətlərin tarixi dostluq və qardaşlıq bağlarına söykəndiyini vurğulayıb. O, 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi ilə iki ölkə arasındakı əlaqələrin müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edib.
İlham Əliyev məktubunda Rəcəb Tayyib Ərdoğana möhkəm cansağlığı, xoşbəxtlik və dövlət fəaliyyətində uğurlar diləyib.


