--:--:-- | 28 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Bakı dünya sənətinin mərkəzinə çevrilir

Aysel Əlibəyli 28 Oktyabr 2026 · 22:26 1012 baxış

Bakıda teatr, musiqi, balet və vizual sənəti bir araya gətirən ikinci Beynəlxalq İncəsənət Festivalı başlayır. Oktyabrın 28-dən noyabrın 8-dək davam edəcək BIAF-2026 çərçivəsində müxtəlif ölkələrdən sənətçilər paytaxtın mədəniyyət məkanlarında çıxış edəcəklər.

Elpress.az xəbər verir ki, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan festivalın proqramına 20-dən çox tədbir daxildir. Konsertlər, teatr tamaşaları, balet, film nümayişləri və sənətçilərlə görüşlər festivalın əsas istiqamətlərini təşkil edir.

Builki proqramın diqqətçəkən məqamlarından biri dünya şöhrətli xoreoqraf Əkrəm Xanın “Thikra: Night of Remembering” əsəridir. Tamaşada klassik hind rəqsi katakla müasir rəqsin elementləri birləşdirilir. Vizual həlləri səudiyyəli rəssam Mənal Əl-Dovayanın hazırladığı əsər yaddaş, kollektiv xatirə və ənənələr mövzularını önə çıxarır.

Festivalın musiqi proqramı bəstəkar Dmitri Şostakoviçin 120 illiyinə həsr olunub. Tədbirlər sırasında skripkaçı Maksim Vengerovun Azərbaycan Dövlət Simfonik Orkestri ilə çıxışı da var. Noyabrın 8-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək yekun konsertdə Şostakoviç və Rimski-Korsakovun əsərləri səsləndiriləcək.

Festivalın digər mühüm istiqaməti beynəlxalq sənətçilərlə yerli yaradıcı kollektivlər arasında əməkdaşlıqdır. Proqramda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının və Bakı Xoreoqrafiya Akademiyasının nümayəndələrinin iştirakı ilə birgə layihələr də nəzərdə tutulub.

Tədbirlər Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Heydər Əliyev Sarayı, Azərbaycan Milli Dram Teatrı və digər mədəniyyət məkanlarında keçiriləcək. Festivalın tam proqramı və biletlərlə bağlı məlumatı əldə etmək mümkündür.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Next Article

Ucarda iki avtomobil toqquşdu: Yaralı var

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Əsərləri niyə “təhlükəli” sayılırdı? – Jan de Lafonten

Aysel Əlibəyli 08 İyul 2026 · 15:11 1152 baxış Bu gün dünya ədəbiyyatının görkəmli nümayəndələrindən olan Jean de La Fontainein doğum günüdür. Elpress.az-ın Kulis.az-a istinadən verdiyi məlumata əsasən, XVII əsr Fransa ədəbiyyatının ən görkəmli simalarından […]

Angela Merkelin aylarla gizli hazırlanan portreti təqdim olundu

Aysel Əlibəyli 03 İyul 2026 · 16:48 1132 baxış Almaniyanın keçmiş kansleri Angela Merkel üçün aylarla davam edən məxfi yaradıcılıq prosesi nəticəsində hazırlanan yeni portret ilk dəfə ictimaiyyətə nümayiş etdirilib. Elpress.az-ın Kulis.az-a istinadən verdiyi məlumata […]

Şuşada DOST Evi benefisiarları üçün xüsusi tədbir keçirilib

Aysel Əlibəyli 26 Avqust 2026 · 16:38 1076 baxış “Şuşada bir gün” proqramında sərgi, master-klas və ekskursiyalar təşkil olunub Elpress.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf […]