Ucar rayonunda baş verən yol qəzasında bir nəfər xəsarət alıb.
Elpress.az xəbər verir ki, hadisə rayonun Oğuz küçəsində qeydə alınıb.
1985-ci il təvəllüdlü Pərviz Mehmanovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə 1997-ci il təvəllüdlü Yaqub Yaqubovun idarə etdiyi “Opel” markalı maşın toqquşub.
Qəza nəticəsində “VAZ-2106”da sərnişin olan, 1967-ci il təvəllüdlü Güldana Cəfərova xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.


