--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Azərbaycan və Özbəkistan prokurorluqları əməkdaşlıqda yeni mərhələyə keçdi

Aysel Əlibəyli 20 İyul 2026 · 16:29 1082 baxış

Özbəkistan Respublikasının Baş prokuroru Niqmatilla Yuldoşevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir.

Elpress.az xəbər verir ki, səfər çərçivəsində keçirilən görüşdə iki ölkənin prokurorluq orqanları arasında hüquqi əməkdaşlığın daha da genişləndirilməsi, prokurorluq əməkdaşlarının peşə hazırlığı və təcrübə mübadiləsinin gücləndirilməsi məsələləri müzakirə olunub.

Görüş zamanı Azərbaycan Respublikası Baş Prokurorluğu ilə Özbəkistan Respublikası Baş Prokurorluğu arasında 2027–2028-ci illəri əhatə edən Əməkdaşlıq Proqramı imzalanıb. Sənəd qarşılıqlı səfərlərin, birgə təlimlərin, ekspert mübadiləsinin və beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyalı fəaliyyətin genişləndirilməsini nəzərdə tutur. Özbəkistanın Baş prokuroru Niqmatilla Yuldoşev göstərilən qonaqpərvərliyə görə təşəkkür edərək, Azərbaycan Prokurorluğu ilə qarşılıqlı etimada əsaslanan əməkdaşlığın inkişafına xüsusi önəm verdiklərini və əlaqələrin bundan sonra da yüksələn xətt üzrə davam etdirilməsi üçün bütün zəruri addımların atılacağını bildirib.Səfər çərçivəsində Azərbaycan və Özbəkistan prokurorluq orqanları arasında əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə Niqmatilla Yuldoşevə “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)” yubiley medalı təqdim olunub.

Daha sonra nümayəndə heyəti Azərbaycan Respublikası Prokurorluğunun Tarix Muzeyi ilə tanış olub, prokurorluq orqanlarının tarixi, inkişaf mərhələləri və müasir fəaliyyət istiqamətləri barədə ətraflı məlumat alıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İspaniya dünya çempionu oldu – Argentina finalda məğlub edildi

Next Article

Britaniyanın yeni Baş nazirindən ilk mesaj: Tramp və Zelenski ilə danışacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Prezident: Azərbaycan Çindən hərbi məhsullar alıb

Aysel Əlibəyli 13 İyul 2026 · 11:19 1130 baxış Prezident İlham Əliyev Azərbaycan ilə Çin arasında əməkdaşlığın bütün istiqamətlər üzrə genişləndiyini və müdafiə sahəsində də yeni mərhələyə qədəm qoyduğunu bildirib. Elpress.az xəbər verir ki , […]

AMB pul siyasəti ilə bağlı yeni qərar verdi

Aysel Əlibəyli 24 İyun 2026 · 11:18 1120 baxış Elpress.az xəbər verir ki, Central Bank of the Republic of Azerbaijan 2026-cı il üzrə pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikində dəyişiklik edib. Məlumata görə, faiz dəhlizinin […]

Naxçıvanda dövlət agentliyinə yeni rəhbər təyinatı

Aysel Əlibəyli 30 İyul 2026 · 10:15 1084 baxış Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyində yeni kadr təyinatı həyata keçirilib. Elpress.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar […]