--:--:-- | 29 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

AMB BOKT-lar üçün yeni borclanma hədləri müəyyən edib

Aysel Əlibəyli 12 Sentyabr 2026 · 15:59 1106 baxış

BOKT-ların öhdəliklərinin kapitala nisbəti üzrə 1, 3 və 10 misli hədlər tətbiq olunacaq

Elpress.az xəbər verir ki, Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) borclanması ilə bağlı yeni tələblər müəyyənləşdirilib.Azərbaycan Mərkəzi Bankının Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Xəyyam İsmayılov bildirib ki, BOKT-ların öhdəliklərinin kapitala nisbəti üzrə 1, 3 və 10 misli olmaqla üç hədd nəzərdə tutulub.Onun sözlərinə görə, yeni yanaşmanın əsas məqsədi BOKT-ların cəlb etdikləri vəsaitləri müştərilərə daha yüksək faizlə təqdim etməsinin qarşısını almaq və onların kifayət qədər kapitala malik olmasını təmin etməkdir.Xəyyam İsmayılov qeyd edib ki, hazırda Azərbaycanda BOKT-ların istehlak kreditləri üzrə orta faiz dərəcəsi 35 faiz təşkil edir. BOKT istehlak kreditləri üzrə müəyyən edilmiş faiz həddini keçmədiyi halda kapitalının 10 mislinədək öhdəlik cəlb edə biləcək.AMB rəsmisi bildirib ki, məsələn, BOKT-un kapitalı 5 milyon manatdırsa, müəyyən şərtlər daxilində onun öhdəliklərinin həcmi kapitalın 10 mislinə qədər artırıla bilər.O əlavə edib ki, öhdəliklərini davamlı şəkildə artıran BOKT-larda əlavə risklər yarandığından, bu sahədə kapital tələblərinin qorunması mühüm əhəmiyyət daşıyır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Polşa səfiri: Son hadisələr Azərbaycanla münasibətlərə təsir etməyəcək

Next Article

Sabah Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Cahan Holding”də marketinq üzrə yeni təyinat

Aysel Əlibəyli 05 Oktyabr 2026 · 17:05 1098 baxış “Cahan Holding”in Marketinq Departamentinə yeni rəhbər təyin olunub. Elpress.az xəbər verir ki, bu vəzifəyə marketinq sahəsində uzunmüddətli təcrübəyə malik Müşviq İskəndərov gətirilib. 2008-ci ildən peşəkar fəaliyyət […]

Enerji sektorunda sabitlik sual altındadır

Aysel Əlibəyli 02 İyun 2026 · 11:02 1150 baxış Enerji bazarlarında qeyri-müəyyənlik səviyyəsi yüksək olaraq qalır, eyni zamanda bazardakı güclü dəyişkənlik qlobal enerji sektorunda riskləri artırır. Elpress.az-ın Apa.az-a istinadən verdiyi məlumata əsasən, 31-ci Bakı Enerji […]

Azərbaycanda tranzit daşımaları rekord həddə çatdı

Aysel Əlibəyli 10 Avqust 2026 · 16:54 1092 baxış Tranzit yükdaşımalarının həcmi ilin ilk 7 ayında 9,1 milyon tonu keçib Elpress.az xəbər verir ki, Azərbaycanda tranzit yükdaşımalarının həcmi son beş ilin ən yüksək göstəricisinə çatıb.Rəqəmsal […]

Kreml: Rusiya Avropa qaz bazarına qayıda bilər

Aysel Əlibəyli 15 Sentyabr 2026 · 15:42 1068 baxış Peskov qaz təchizatının bərpasının Rusiyanın lazımi həcmləri təmin etməsindən asılı olduğunu bildirib Elpress.az xəbər verir ki, Rusiya qazının Avropa bazarına yenidən qaytarılması məsələsinin müzakirə oluna biləcəyi […]