--:--:-- | 29 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Qaradağda insan kapitalının inkişafına həsr olunan konfrans keçirilib

Aysel Əlibəyli 12 Sentyabr 2026 · 14:36 1070 baxış

Elpress.az xəbər verir ki, Qaradağ rayonunda insan kapitalının inkişafı və müasir idarəetmə yanaşmalarına həsr olunmuş beynəlxalq elmi-praktik konfrans təşkil edilib.

Tədbirdə müxtəlif sahələr üzrə mütəxəssislər insan kapitalının inkişafı ilə bağlı elmi və peşəkar yanaşmalarını bölüşüblər.Konfransda süni intellektin geniş yayıldığı dövrdə liderlik modellərinin dəyişməsi, kouçinqin idarəetmədə tətbiqi, insan və süni intellekt arasında əməkdaşlıq, yeni nəsil əməkdaşların motivasiyası və təşkilatlarda kouçinq mədəniyyətinin yaradılması kimi mövzular müzakirə olunub. İştirakçılar üçün praktiki çalışmalar da keçirilib.Tədbir çərçivəsində panel müzakirələri ilə yanaşı, yerli və xarici mütəxəssislər, dövlət qurumlarının, elm və təhsil müəssisələrinin, sənaye və biznes sektorunun nümayəndələri arasında fikir mübadiləsi aparılıb. Görüşlər zamanı yeni əməkdaşlıq imkanları və birgə layihələr ətrafında müzakirələr keçirilib.Konfransın yekununda insan kapitalına investisiyanın, davamlı təhsilin, psixoloji dayanıqlılığın və peşəkar kouçinq yanaşmalarının əhəmiyyəti vurğulanıb. Süni intellektdən məsuliyyətli istifadənin də təşkilatların və cəmiyyətin inkişafına mühüm töhfə verə biləcəyi qeyd edilib.

Sonda konfransın məruzəçiləri və iştirakçılarına sertifikatlar təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Birinci sinfə elektron qəbul prosesi yenidən başlayır

Next Article

Polşa səfiri: Son hadisələr Azərbaycanla münasibətlərə təsir etməyəcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

AXC və Alaş-Orda: ortaq dövlətçilik irsi müzakirə olundu

Aysel Əlibəyli 18 İyun 2026 · 00:53 1184 baxış AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Azərbaycan Demokratik Respublikası və Alaş-Orda: dövlət quruculuğunun tarixi təcrübəsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Elpress.az AZƏRTAC-a istinadən xəbər verir […]

Sami Yusif Qarabağa həsr etdiyi yeni əsərini təqdim edib

Aysel Əlibəyli 09 Oktyabr 2026 · 21:31 1098 baxış Dünya şöhrətli müğənni və bəstəkar Sami Yusif beş illik fasilədən sonra Qarabağa həsr olunan “Qarabağımsan” (“Bülbül diyarı”) layihəsini dinləyicilərə təqdim edib. Elpress.az xəbər verir ki, sənətçi […]

Əsmər Nərimanbəyovanın fərdi sərgisi böyük maraqla qarşılanıb

Aysel Əlibəyli 24 İyun 2026 · 19:14 1184 baxış Acarıstan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə Batumi İncəsənət Muzeyində Azərbaycanın Əməkdar rəssamı Əsmər Nərimanbəyovanın yaradıcılığına həsr olunmuş “Rənglər simfoniyası” adlı fərdi sərginin açılışı […]

Alyona Əliyeva Anar Hüseynzadənin sərgisindən fotolar paylaşıb

Aysel Əlibəyli 17 Oktyabr 2026 · 08:48 1074 baxış Alyona Əliyeva rəssam Anar Hüseynzadənin “O” adlı fərdi sərgisinin açılış mərasimindən görüntüləri izləyiciləri ilə bölüşüb. Elpress.az xəbər verir ki, Prezident İlham Əliyevin gəlini sərginin açılışından çəkilmiş […]