--:--:-- | 03 Noyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Azərbaycan türk dövlətləri ilə əlaqələri gücləndirir

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:22 1114 baxış

Politoloq: Azərbaycan Mərkəzi Asiyada mühüm tərəfdaşlardan birinə çevrilib

Elpress.az xəbər verir ki, Azərbaycanın türk dövlətləri, xüsusilə Mərkəzi Asiya ölkələri ilə münasibətlərində yeni mərhələ müşahidə olunur.Politoloq Zaur Məmmədov AZƏRTAC-a açıqlamasında Azərbaycan-Qırğızıstan əlaqələrinin hazırda yüksək səviyyədə olduğunu və iki ölkə arasında müttəfiqlik münasibətlərinin formalaşdığını bildirib.Onun sözlərinə görə, Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi və liderlər arasında aparılan müzakirələr Bakı ilə Bişkek arasında siyasi əlaqələrin inkişaf etdiyini göstərir.Politoloq Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə iştirakının da ölkənin regiondakı rolunun artmasının göstəricisi olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycanın 2023-cü ildən platformada qonaq qismində iştirakı, 2025-ci ildən isə tamhüquqlu üzv kimi proseslərə qoşulması regional əməkdaşlıq baxımından əhəmiyyətlidir.Z.Məmmədovun fikrincə, Azərbaycanla türk dövlətləri arasında əməkdaşlığın genişlənməsi Cənubi Qafqaz və Mərkəzi Asiya arasında inteqrasiyanın dərinləşməsinə şərait yaradır. O, bu proseslərin regional sabitlik, təhlükəsizlik və qarşılıqlı iqtisadi əlaqələrin inkişafı baxımından strateji əhəmiyyət daşıdığını qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Mehriban Əliyeva Nəriman Həsənzadə ilə bağlı paylaşım etdi

Next Article

Gürcüstanda tələbələr üçün yeni maliyyələşmə qaydası

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ermənistan rəsmiləri TRIPP layihəsi ilə bağlı Zəngəzura səfər ediblər

Aysel Əlibəyli 22 Oktyabr 2026 · 12:49 1162 baxış Ermənistan hökumətinin nümayəndələri TRIPP marşrutunun infrastruktur layihələrinin hazırlanması və növbəti mərhələlərin müəyyənləşdirilməsi ilə bağlı məsələləri müzakirə etmək üçün Sünik bölgəsinə gediblər. Elpress.az xəbər verir ki, oktyabrın […]

Yunis Qurbanov: Strateji tərəfdaşlıq yeni mərhələyə keçib

Aysel Əlibəyli 16 İyul 2026 · 13:35 1182 baxış Yunis Qurbanov Azərbaycan–ABŞ münasibətlərinin strateji səviyyədə inkişaf etdiyini bildirib Elpress.az xəbər verir ki , Politoloq Yunis Qurbanov hesab edir ki, son dövrlər Azərbaycan ilə ABŞ arasında […]

Hakan Fidandan Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı açıqlama

Aysel Əlibəyli 15 Oktyabr 2026 · 20:41 1172 baxış Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanla münasibətlərdə bəzi məsələlər üzrə fərqli yanaşmaların ola biləcəyini bildirib. O, bu cür fikir ayrılıqlarının sosial şəbəkələrdə təbliğat vasitəsinə çevrilməməsinin […]

Naxçıvanda dövlət agentliyinə yeni rəhbər təyinatı

Aysel Əlibəyli 30 İyul 2026 · 10:15 1106 baxış Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyində yeni kadr təyinatı həyata keçirilib. Elpress.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar […]