Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib.
Elpress.az xəbər verir ki, etimadnaməsini dövlət başçısına təqdim edən diplomat daha sonra Prezident İlham Əliyevlə görüşüb.Görüş zamanı Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin inkişafı və əməkdaşlığın müxtəlif istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb və Azərbaycanda fəaliyyətə başlaması münasibətilə onu təbrik edib.
Tərəflər iki ölkə arasında mövcud əlaqələrin daha da inkişaf etdirilməsi və gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Qeyd edək ki, Azərbaycan-Böyük Britaniya münasibətləri siyasi, iqtisadi, enerji və digər sahələri əhatə edir.



