--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Türkiyədə səfərdə olan Azərbaycan Hərbi Hava Qüvvələrinin nümayəndə heyəti Vətənə qayıdıb

Aysel Əlibəyli 04 İyul 2026 · 09:01 1148 baxış

Elpress.az xəbər verir ki, Türkiyədə keçirilən “Anadolu Qartalı-2026” beynəlxalq taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin nümayəndə heyəti təlim proqramını başa vuraraq Vətənə qayıdıb.

Təlim çərçivəsində Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Namiq İslamzadə şəxsi heyətlə görüşərək təlimin gedişi və qarşıya qoyulan tapşırıqların icrası ilə tanış olub.

Azərbaycan heyətinin rəhbəri, polkovnik Zaur Məmmədov təlimin nəticələri barədə məruzə edib.Səfər zamanı general-leytenant Namiq İslamzadə Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Ziya Cemal Kadıoğlu ilə görüş keçirib.

Tərəflər hərbi aviasiya sahəsində əməkdaşlığın mövcud vəziyyəti, birgə təlimlərin əhəmiyyəti, qarşılıqlı təcrübə mübadiləsi və gələcək əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.Komandanlar, həmçinin təlim fəaliyyətini havadan izləyib, daha sonra sərgidə nümayiş etdirilən müasir hərbi texnika və silah nümunələri ilə tanış olublar.

Təlimdə Azərbaycan hərbi qulluqçularının nümayiş etdirdiyi peşəkarlıq yüksək qiymətləndirilib. Səfərin başa çatmasının ardından nümayəndə heyəti Azərbaycana qayıdıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Fransa Hörmüz boğazına hərbi qüvvə göndərdi

Next Article

Yasamalda yanğın baş verib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

QDTİB rəhbəri: Azərbaycan etibarlı tərəfdaşdır

Aysel Əlibəyli 02 İyul 2026 · 11:09 1084 baxış Azərbaycan bazarların əlaqələndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişafın təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirir. Elpress.az xəbər verir ki, Bu fikirləri Qara Dəniz Ticarət və İnkişaf […]

Rumıniyadan Rusiyaya sərt addım: Baş konsulluq bağlanır

Aysel Əlibəyli 29 May 2026 · 17:42 1204 baxış Rumıniya hökuməti Rusiyanın Konstansa şəhərində fəaliyyət göstərən Baş Konsulluğunu bağlamaq və baş konsulu “persona non grata” elan etmək qərarı verib. ELPRESS.az Azərtac-a istinadən verdiyi məlumata görə, […]

Fərid Şəfiyev Mərkəzin İdarə Heyətinin sədri təyin edilib

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 20:30 1052 baxış Elpress.az xəbər verir ki, Fərid Rauf oğlu Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. Bununla bağlı Prezident tərəfindən müvafiq sərəncamlar […]

Kamran Əliyev Nərimanov sakinlərinin müraciətlərini dinlədi

Aysel Əlibəyli 12 İyun 2026 · 16:04 1110 baxış Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq vətəndaş müraciətlərinə baxılması istiqamətində tədbirlər davam etdirilir. Elpress.az “Report”a istinadən xəbər verir ki, iyunun 12-də Baş prokuror Kamran Əliyev […]