--:--:-- | 29 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Azərbaycan İsrailin qərarından narahatdır – rəsmi açıqlama

Aysel Əlibəyli 29 İyun 2026 · 13:28 1106 baxış

Azərbaycan Xarici İşlər Nazirliyi İsrail hökumətinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərara münasibət bildirib.

Elpress.az xəbər verir ki, XİN-in yaydığı şərhdə qeyd olunub ki, 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif edilməsi və mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslardan kənar şəkildə siyasi qərar predmetinə çevrilməsi qəbuledilməzdir.

Bəyanatda vurğulanıb ki, bu cür addımlar xalqlar arasında barışığa və qarşılıqlı anlaşmaya xidmət etmir, əksinə, mövcud fikir ayrılıqlarını daha da dərinləşdirərək regionda davamlı sülh və əməkdaşlıq səylərinə mənfi təsir göstərir.

Azərbaycan Xarici İşlər Nazirliyi İsrail hökumətini qəbul etdiyi qərarı yenidən nəzərdən keçirməyə çağırıb.

“Azərbaycan tarixi həqiqətlərin müdafiəsi, beynəlxalq hüququn fundamental prinsiplərinə hörmət və regionda uzunmüddətli sülhün təşviqi istiqamətində ardıcıl mövqeyini bundan sonra da davam etdirəcək”, – deyə bəyanatda bildirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanda kriptoaktivlərlə bağlı yeni tələb: lisenziya məcburi olacaq

Next Article

Qızılca epidemiyası can almaqda davam edir: ölən uşaqların sayı 700-ü keçdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

MEDİA Agentliyi ləğv edildi, yeni Şura yaradıldı

Aysel Əlibəyli 07 Avqust 2026 · 13:12 1062 baxış Azərbaycan Respublikasında Media və Yayım Şurasının strukturu təsdiq edilib. Elpress.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev avqustun 7-də Fərman imzalayıb.Fərmana əsasən, Media və Yayım […]

Peter Pelleqrini Azərbaycandan yola düşdü

Aysel Əlibəyli 15 İyul 2026 · 18:27 1074 baxış Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri başa çatdı, hava limanında rəsmi yola salınma mərasimi keçirildi Elpress.az xəbər verir ki, Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin Azərbaycan Respublikasına həyata […]

Ombudsman erməni əsilli şəxslərlə bağlı iddiaları rədd edib

Aysel Əlibəyli 05 Sentyabr 2026 · 11:18 1048 baxış Səbinə Əliyeva Azərbaycanda saxlanılan erməni əsilli şəxslərə qarşı dini ayrı-seçkilik və işgəncə iddialarını əsassız adlandırıb Elpress.az xəbər verir ki, Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Ermənistanda səsləndirilən və […]