--:--:-- | 29 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Qızılca epidemiyası can almaqda davam edir: ölən uşaqların sayı 700-ü keçdi

Aysel Əlibəyli 29 İyun 2026 · 13:33 1140 baxış

Elpress.az xəbər verir ki, Banqladeşdə qızılca epidemiyası ilə bağlı vəziyyət ağır olaraq qalır. Son 24 saat ərzində daha dörd uşağın həyatını itirməsi ilə ölkədə bu xəstəlikdən ölənlərin sayı 712-yə yüksəlib.

Xarici medianın yaydığı məlumata görə, son bir gündə daha 941 şübhəli yoluxma faktı qeydə alınıb. Bununla da ölkədə qızılca ilə bağlı şübhəli halların ümumi sayı 99 min 207-yə çatıb.

Banqladeş Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, aprelin 10-dan etibarən qızılca şübhəsi ilə xəstəxanalara yerləşdirilən şəxslərin sayı 82 min 844 olub. Onlardan 79 min 152 nəfər müalicə aldıqdan sonra evə buraxılıb.

Artan yoluxma və ölüm halları fonunda Banqladeş hökuməti aprelin 7-də ölkə üzrə genişmiqyaslı təcili peyvənd kampaniyasına start verib. Səlahiyyətli qurumlar əhalini, xüsusilə də uşaqların vaxtında peyvənd olunmasının vacibliyi barədə xəbərdar edir.

Mütəxəssislərin sözlərinə görə, qızılca pnevmoniya və ensefalopatiya kimi ağır fəsadlara səbəb ola bilər və bu xəstəlik dünyada peyvənd vasitəsilə qarşısı alına bilən ölüm səbəbləri arasında ön sıralarda yer alır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan İsrailin qərarından narahatdır – rəsmi açıqlama

Next Article

Rusiya ordusunun Dneprə hücumu can aldı: yaralılar var

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ABŞ-da təyyarə qəzası: 3 İsrail vətəndaşı öldü

Aysel Əlibəyli 21 İyun 2026 · 19:32 1150 baxış Merilenddə baş verən təyyarə qəzasında pilot və iki sərnişin həyatını itirib. Elpress.az-ın məlumatına əsasən, ABŞ-ın Merilend ştatında yüngülmühərrikli təyyarə qəzası baş verib.Gecə saatlarında qeydə alınan hadisə […]

Zelenski Uitkoff və Kuşnerlə Kiyevdə görüşür

Aysel Əlibəyli 06 Sentyabr 2026 · 16:45 1044 baxış Trampın xüsusi nümayəndələri Ukrayna Prezidenti ilə danışıqlar aparmaq üçün Kiyevə gediblər Elpress.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv […]

Tramp üçtərəfli müdafiə sazişini alqışladı

Aysel Əlibəyli 17 Avqust 2026 · 11:06 1050 baxış ABŞ prezidenti Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan razılaşmanı mühüm addım adlandırıb Elpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan […]

Rusiya ərazisində strateji obyektlərə zərbələr

Aysel Əlibəyli 04 İyun 2026 · 18:49 1179 baxış Ukrayna Müdafiə Qüvvələri Krım yarımadasında Rusiyanın sərhəd nəzarət gəmisinə qarşı əməliyyat həyata keçirib, eyni zamanda işğal olunmuş bölgələrdəki obyektləri və Rusiya ərazisində yerləşən barıt zavodu ilə […]