--:--:-- | 22 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Ombudsman erməni əsilli şəxslərlə bağlı iddiaları rədd edib

Aysel Əlibəyli 05 Sentyabr 2026 · 11:18 1066 baxış

Səbinə Əliyeva Azərbaycanda saxlanılan erməni əsilli şəxslərə qarşı dini ayrı-seçkilik və işgəncə iddialarını əsassız adlandırıb

Elpress.az xəbər verir ki, Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Ermənistanda səsləndirilən və Azərbaycanda saxlanılan erməni əsilli şəxslərin dini mənsubiyyətlərinə görə ayrı-seçkiliyə və işgəncəyə məruz qalması ilə bağlı iddialara münasibət bildirib.Ombudsman bu ittihamları əsassız və qərəzli qiymətləndirib. Onun sözlərinə görə, etibarlı sübut təqdim edilmədən ağır ittihamların ictimaiyyətə fakt kimi təqdim olunması insan hüquqlarının müdafiəsi prinsiplərinə uyğun deyil.Səbinə Əliyeva dini və etnik mənsubiyyətin cinayət məsuliyyəti ilə əlaqələndirilməsinin yolverilməz olduğunu vurğulayıb. Bildirilib ki, şəxsin məsuliyyətə cəlb olunması onun etnik və ya dini mənsubiyyətinə deyil, törətdiyi əməlin xarakterinə, toplanmış sübutlara və məhkəmənin hüquqi qiymətləndirməsinə əsaslanır.Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən müxtəlif vaxtlarda keçirilən monitorinqlər zamanı Azərbaycanda saxlanılan erməni əsilli şəxslərlə görüşlər keçirildiyi, onların tibbi və psixoloji vəziyyətlərinin qiymətləndirildiyi bildirilib. Monitorinqlər zamanı həmin şəxslərin hüquqlarının ayrı-seçkiliyə yol verilmədən təmin olunduğu, tibbi yardım və digər zəruri xidmətlərə çıxışlarının olduğu qeyd edilib.Ombudsman həmçinin insan hüquqları ilə bağlı açıqlamaların siyasi məqsədlərdən uzaq və yoxlanılmış faktlara əsaslanmasının vacibliyini diqqətə çatdırıb. Onun fikrincə, təsdiqlənməmiş məlumatların dini müstəvidə təqdim olunması cəmiyyətlər arasında etimadı zəiflədə və Azərbaycan-Ermənistan sülh prosesinə mənfi təsir göstərə bilər.Səbinə Əliyeva davamlı sülhün təmin olunması üçün qarşıdurma və nifrət ritorikasından çəkinməyin, obyektiv və məsuliyyətli yanaşmanın vacib olduğunu vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb

Next Article

Rusiyadan Ermənistana Azərbaycandan tranzit yüklər göndəriləcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan və Pakistan arasında hərbi görüş keçirilib

Aysel Əlibəyli 27 Avqust 2026 · 15:49 1076 baxış Bakıda iki ölkənin müdafiə qurumları arasında 12-ci İşçi Qrupu Səviyyəli Görüş baş tutub Elpress.az xəbər verir ki, Bakıda Azərbaycan Müdafiə Nazirliyi ilə Pakistan Müdafiə Qüvvələri Qərargahı […]

İlham Əliyev Səudiyyə Ərəbistanı Kralını təbrik edib

Aysel Əlibəyli 23 Sentyabr 2026 · 13:05 1076 baxış Prezident Salman bin Əbdüləziz Al Səuda Krallıq Elan Edilməsi Günü münasibətilə təbrik məktubu göndərib Elpress.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının Kralı Salman […]

Moped imtahanı 40 manat olacaq

Aysel Əlibəyli 23 İyul 2026 · 13:59 1072 baxış Moped sürücülük vəsiqəsi üçün imtahanın dövlət rüsumu 40 manat müəyyən edilib Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişiklikləri təsdiqləyib. Dəyişikliyə […]