--:--:-- | 30 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Azərbaycanda kriptoaktivlərlə bağlı yeni tələb: lisenziya məcburi olacaq

Aysel Əlibəyli 29 İyun 2026 · 13:20 1134 baxış

Elpress.az xəbər verir ki, Azərbaycanda qəbul edilməsi nəzərdə tutulan kriptovalyuta haqqında qanun layihəsinə əsasən, kriptoaktivlərlə bağlı fəaliyyət göstərmək istəyən təşkilatlar mütləq qaydada Azərbaycan Mərkəzi Bankından lisenziya almalı olacaqlar.

Bu barədə AMB-nin Maliyyə Texnologiyaları və İnnovasiyalar Departamentinin direktoru Fidan Tofidi “Azərbaycanın Rəqəmsal Maliyyə Gündəliyi” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, lisenziyanın əldə olunması üçün kifayət qədər ciddi və sərt meyarlar müəyyənləşdirilib və bu tələblərə cavab verməyən şirkətlərə fəaliyyət icazəsi verilməyəcək.

Fidan Tofidi bildirib ki, lisenziya alan təşkilatların fəaliyyəti də daimi nəzarətdə saxlanılacaq. Bu nəzarətin əsas məqsədlərindən biri çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin qarşısının alınmasıdır.

AMB rəsmisi qeyd edib ki, kriptoaktivlər və kriptobazarda baş verən yeniliklər maliyyə sektoruna innovativ imkanlar gətirsə də, bu sahə eyni zamanda bir sıra risklər də yaradır.

“Bu səbəbdən Mərkəzi Bankın əsas hədəfi yalnız innovasiyaları dəstəkləmək deyil, həm də maliyyə sabitliyini və təhlükəsizliyi təmin etməkdir”, – deyə o vurğulayıb.

Qeyd edək ki, kriptoaktivlərlə bağlı yeni qanun layihəsi qəbul olunduqdan sonra bazarın tənzimlənməsi, iştirakçıların fəaliyyəti və nəzarət mexanizmləri ilə bağlı əlavə normativ qaydaların da hazırlanması nəzərdə tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İranın 6 milyard dolları geri qaytarılır

Next Article

Azərbaycan İsrailin qərarından narahatdır – rəsmi açıqlama

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Hörmüz boğazından gəmi keçidi kəskin azalıb

Aysel Əlibəyli 19 Sentyabr 2026 · 15:24 1076 baxış BMT: Gündəlik keçidlərin sayı 85-dən 5-ə düşüb Elpress.az xəbər verir ki, Hörmüz boğazından gündəlik gəmi keçidlərinin sayı son aylarda kəskin şəkildə azalıb.BMT-nin İqtisadi və Sosial Məsələlər […]

Azərbaycan əhalisinin sayı artdı

Aysel Əlibəyli 21 İyul 2026 · 14:53 1074 baxış Ölkə əhalisi 10 milyon 271 min 638 nəfərə çatdı Elpress.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı il iyunun 1-nə Azərbaycanın əhalisinin sayı ilin […]