--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Polşa səfiri: Son hadisələr Azərbaycanla münasibətlərə təsir etməyəcək

Aysel Əlibəyli 12 Sentyabr 2026 · 15:54 1058 baxış

Pavel Radomski: Azərbaycan-Polşa münasibətləri çox yaxşı vəziyyətdədir

Elpress.az xəbər verir ki, Polşanın Azərbaycandakı səfiri Pavel Radomski mediada yayılan bəzi materiallar və yaşanan insidentlərin iki ölkə arasındakı münasibətlərə təsir etməyəcəyini bildirib.Diplomat bunu diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri zamanı deyib. O, Azərbaycan-Polşa münasibətlərinin hazırda çox yaxşı vəziyyətdə olduğunu və tərəflər arasında davamlı dialoqun mövcudluğunu qeyd edib.Səfirin sözlərinə görə, iki ölkə arasında ikitərəfli əməkdaşlığın inkişafını izləmək üçün müvafiq mexanizm fəaliyyət göstərir və gələcək əməkdaşlığın genişləndirilməsi ilə bağlı planlar mövcuddur.Pavel Radomski Qarabağa səfəri barədə təəssüratlarını da bölüşüb. O bildirib ki, bu, onun bölgəyə dördüncü səfəridir və əvvəlki səfərlərlə müqayisədə azad edilmiş ərazilərdə aparılan bərpa, yenidənqurma və modernləşdirmə işlərində böyük irəliləyiş müşahidə olunur.Diplomat Şuşanın bərpa olunmuş vəziyyətinin, eləcə də Qarabağın təbiətinin onda xüsusi təəssürat yaratdığını vurğulayıb.O, Polşa mediasında Azərbaycana qarşı yayılan bəzi iddialara münasibət bildirərkən belə hallara yalnız “insident” kimi yanaşılmasının vacibliyini qeyd edib və onların ikitərəfli əlaqələrə təsir göstərməyəcəyinə əmin olduğunu deyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Qaradağda insan kapitalının inkişafına həsr olunan konfrans keçirilib

Next Article

AMB BOKT-lar üçün yeni borclanma hədləri müəyyən edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan və Pakistan hərbçiləri əməkdaşlığı müzakirə edib

Aysel Əlibəyli 25 Avqust 2026 · 16:24 1066 baxış Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Pakistan nümayəndə heyəti ilə görüş keçirib. Elpress.az xəbər verir ki, Müdafiə nazirinin birinci müavini Kərim Vəliyev ölkəmizdə səfərdə […]

Hakan Fidan İsrail prezidentinin çıxışı zamanı zalı tərk edib

Aysel Əlibəyli 15 Oktyabr 2026 · 17:10 1104 baxış Bakıda keçirilən beynəlxalq sammitdə İsrail Prezidentinin çıxışı zamanı bir sıra nümayəndə heyətlərinin zalı tərk etməsi diqqət çəkib. Elpress.az xəbər verir ki, oktyabrın 15-də AQEM-in 7-ci Zirvə […]