--:--:-- | 22 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Sürücülərin nəzərinə: Cərimə sənədlərinin təqdim olunması qaydası dəyişir

Aysel Əlibəyli 22 Oktyabr 2026 · 19:52 1016 baxış

Yol hərəkəti qaydalarının pozulmasına görə tərtib edilən sənədlərin sürücülərə çatdırılması üçün əlavə mexanizm müəyyənləşdirilib. Yeni qayda avtomobillərin qeydiyyatı və texniki baxışı zamanı da tətbiq ediləcək.

Elpress.az xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri Kəmaləddin Heydərov müvafiq qərar imzalayıb.

Qərara əsasən, inzibati xəta üzrə sənədləri poçt vasitəsilə, şəxsən və ya SMS bildirişi ilə rəsmi qaydada çatdırmaq mümkün olmadıqda, onların nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınması, qeydiyyat şəhadətnaməsi və dövlət nömrə nişanının verilməsi, eləcə də texniki baxış zamanı təqdim edilməsi nəzərdə tutulur.

Elektron kabinetdə mobil telefon nömrəsi qeydiyyatda olduqda, inzibati xəta haqqında elektron qərar həmin nömrəyə SMS bildirişinin çatdırıldığı vaxt rəsmi təqdim edilmiş hesab olunur. Telefon nömrəsi olmadıqda isə şəxs elektron kabinetdə yerləşdirilən sənədlərlə tanış olduqda və ya qanunvericilikdə nəzərdə tutulan digər təqdimetmə proseduru həyata keçirildikdə müvafiq qaydalar tətbiq edilir. Bu mexanizmlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində də nəzərdə tutulub.

Qeyd edək ki, dəyişiklik cərimələrin məbləğinin artırılması və ya yeni cərimələrin tətbiqi ilə deyil, inzibati xəta üzrə sənədlərin rəsmi şəkildə çatdırılması qaydası ilə bağlıdır. Bu müddəalar əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilmir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Deputat: Bağça müəllimlərinin hamısı sertifikasiyadan keçməlidir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Mustafa Abbasbəyli vəzifəsini dəyişib

Aysel Əlibəyli 19 Avqust 2026 · 11:16 1078 baxış Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Mustafa Abbasbəyli tutduğu vəzifədən azad edilib. Elpress.az xəbər verir ki, Abbasbəyli Nazirliyin Aparatında başqa vəzifəyə keçirilib.Məlumata görə, Mədəniyyət Nazirliyində strukturun təkmilləşdirilməsi və […]

Məktəblərdə smartfon istifadəsinə necə yanaşılmalıdır?

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 17:33 1052 baxış Ekspert: Smartfon dərsin əsas vasitəsi yox, yalnız ehtiyac olduqda istifadə edilən alət olmalıdır Elpress.az xəbər verir ki, Texnologiyanın gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi məktəblərdə smartfonlardan istifadəyə […]

TƏBİB-in tabeliyindəki qurumda yeni təyinat olub

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 06:33 1058 baxış Elpress.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Rəqəmsal Tibbi Həllər” MMC-də yeni kadr dəyişikliyi baş verib.Müvafiq qərara əsasən, Firuzə Əfəndiyeva […]

Bakının əsas yollarında sıxlıq müşahidə olunur – SİYAHI

Aysel Əlibəyli 03 Sentyabr 2026 · 08:46 1070 baxış Elpress.az bildirir ki, paytaxtın bir sıra əsas küçə və prospektlərində səhər saatlarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına əsasən, hazırda aşağıdakı […]