--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Azərbaycan və Pakistan hərbçiləri əməkdaşlığı müzakirə edib

Aysel Əlibəyli 25 Avqust 2026 · 16:24 1060 baxış

Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Pakistan nümayəndə heyəti ilə görüş keçirib.

Elpress.az xəbər verir ki, Müdafiə nazirinin birinci müavini Kərim Vəliyev ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Müdafiə Qüvvələri Qərargahının Xarici Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəisi general-mayor Məhəmməd İmran Xan Babarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.Görüş zamanı Azərbaycan və Pakistan arasında münasibətlərin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığı vurğulanıb. Kərim Vəliyev iki ölkənin strateji tərəfdaşlığının mövcud səviyyəsindən məmnunluğunu ifadə edib.Baş Qərargah rəisi müdafiə qurumlarının rəhbər heyətləri arasında keçirilən mütəmadi görüşlərin hərbi əlaqələrin inkişafına mühüm töhfə verdiyini bildirib.Pakistan nümayəndə heyətinin rəhbəri isə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü çatdıraraq qarşılıqlı səfər və görüşlərin iki ölkənin hərbi əməkdaşlığını daha da gücləndirdiyini qeyd edib.

Tərəflər hərbi təhsil, hərbi-texniki əməkdaşlıq, birgə təlimlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Avqust ayının sosial ödənişləri tam ödənilib

Next Article

Formula 1 yarışı ilə bağlı Azərbaycana gələnlərə viza proseduru sadələşdirilir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Mirzoyan TRIPP sazişi üzrə hökuməti təmsil edəcək

Aysel Əlibəyli 23 Sentyabr 2026 · 13:13 1064 baxış Ermənistan XİN rəhbəri sazişin ratifikasiyası ilə bağlı parlament müzakirələrində iştirak edəcək Elpress.az xəbər verir ki, Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan ABŞ ilə […]

İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verdi

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 20:11 1076 baxış Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda Mangistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması ilə […]

“Ad Günü Arzusu”

Aysel Əlibəyli 15 İyun 2026 · 12:07 1138 baxış 80 Yaşlı Trampın Dünya Təqvimini Dəyişən “Ad Günü Arzusu” Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Ağ Evin tarixinə ən yaşlı rəhbər kimi adını yazdıran Donald Tramp […]