Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Naxçıvan Aqroservis” ASC-nin sədri Cavid Ağaməliyev barəsində həbs qətimkan tədbiri seçilib.
Elpress.az xəbər verir ki, mənimsəmə ittihamı ilə saxlanılan qurum rəhbəri məhkəməyə çıxarılıb və onun barəsində dörd aylıq həbs qətimkan tədbiri müəyyən edilib.
Məhkəmə qərarından sonra Cavid Ağaməliyev istintaq təcridxanasına aparılıb. Naxçıvan Prokurorluğu tərəfindən cinayət məsuliyyətinə cəlb edilən şəxsə vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda mənimsəmə ittihamı irəli sürülüb.
İttihamın məhkəmədə sübuta yetirilib-yetirilmədiyi barədə məlumat yoxdur.


