Fransada oktyabrın 17-də keçirilən kütləvi aksiyalardan sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılanların sayı 2700 nəfərə yüksəlib.
Elpress.az xəbər verir ki, ölkənin ədliyyə naziri Jerald Darmanen jurnalistlərə açıqlamasında saxlanılanlardan 217 nəfərin həbsdə olduğunu bildirib. Onun sözlərinə görə, həbsdə saxlanılanların təxminən yarısının əvvəllər məhkumluğu olmayıb.
Etirazlar yanacağın bahalaşması, əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi və sosial problemlərlə bağlı narazılıqlar fonunda baş verib. Parislə yanaşı, Lion, Marsel və digər şəhərlərdə keçirilən aksiyaların bir hissəsi polis ilə nümayişçilər arasında toqquşmalara, ictimai binalara və ticarət obyektlərinə ziyan vurulmasına səbəb olub
Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, oktyabrın 17-də keçirilən aksiyalarda ölkə üzrə təxminən 550 min nəfər iştirak edib. Təşkilatçılar isə iştirakçıların sayının 800 minə çatdığını bildiriblər.


