Bakıda keçirilən beynəlxalq sammitdə İsrail Prezidentinin çıxışı zamanı bir sıra nümayəndə heyətlərinin zalı tərk etməsi diqqət çəkib.
Elpress.az xəbər verir ki, oktyabrın 15-də AQEM-in 7-ci Zirvə Görüşündə İsxaq Hersoq tribunaya qalxarkən Türkiyənin xarici işlər naziri Hakan Fidan və onu müşayiət edən şəxslər tədbir zalından çıxıblar.
Məlumatlara görə, Türkiyə ilə yanaşı, 10-dan çox ölkənin nümayəndələri də həmin vaxt zalı tərk edib. İran, Küveyt və Pakistan nümayəndə heyətlərinin də çıxış zamanı zalda olmadığı bildirilib.
Hadisə sammitin diqqət çəkən məqamlarından biri olub.


