--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Bakıda və Masazırda elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Aysel Əlibəyli 23 Oktyabr 2026 · 08:27 1016 baxış

Oktyabrın 23-də Yasamal rayonunun bir sıra küçələrində və Abşeron rayonunun Masazır qəsəbəsində elektrik enerjisinin verilişində planlı fasilələr olacaq.

Elpress.az xəbər verir ki, “Azərişıq” ASC təmir və yenidənqurma işləri ilə əlaqədar məhdudiyyətlərin tətbiq ediləcəyini açıqlayıb.

Yasamal rayonunda transformator məntəqəsində təmir, 10 kV-luq hava xətlərində isə naqillərin yenilənməsi nəzərdə tutulur. Bu səbəbdən saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Əbdürrəhim bəy Haqverdiyev, Əhməd Cəmil, Müzəffər Həsənov, Ümid Əkbərov və Zahid Xəlilov küçələrinin bəzi hissələrində elektrik təchizatı dayandırılacaq.

Bundan başqa, saat 08:00-dan 18:00-dək Xaqani Dadaşov, Kamal Rəhimov, Murad Mirzəyev, Mir Möhsün Nəvvab, Nazim Hacıyev, Rahib Tağıyev və Ümid Əkbərov küçələrinin müəyyən ərazilərində planlı fasilə tətbiq olunacaq.

Abşeron rayonunun Masazır qəsəbəsində isə “Masazır” yarımstansiyasından çıxan 10 kV-luq “Şəhər-2” hava xəttində təmir aparılacaq. Saat 10:00-dan 13:00-dək Azadlıq, İstiqlaliyyət, Qara Qarayev və Sahil küçələrində, eləcə də Zəngilan şəhərciyinin bəzi hissələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Şirkət bildirib ki, işlər başa çatdıqdan sonra qeyd olunan ərazilərin elektrik təchizatının dayanıqlığının artırılması nəzərdə tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

ABŞ bankları süni intellekt agentlərinə məhdudiyyət qoyur

Next Article

İlon Maskın Respublikaçılara seçki ianələri 400 milyon dollara yaxınlaşıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda ekspres avtobuslarla bağlı YENİLİK

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 10:46 1048 baxış Elpress.az xəbər verir ki, Bakı Metropoliteninin “İnşaatçılar”, “Nizami” və “28 May” stansiyaları arasında hərəkət edən M2 ekspres avtobus marşrutunda ikinci validator quraşdırılıb. Yeni validator sərnişinlərin avtobusa […]

Tibb müəssisələrində hicabla bağlı yayılan sənəd saxta çıxıb

Aysel Əlibəyli 15 Oktyabr 2026 · 08:48 1100 baxış Tibb müəssisələrində hicabdan istifadəyə məhdudiyyət qoyulduğunu iddia edən sənədin həqiqəti əks etdirmədiyi açıqlanıb. Elpress.az xəbər verir ki, bu barədə Media və Yayım Şurası ilə Səhiyyə Nazirliyinin […]

Bahar Muradova dövlət qurumlarına çağırış edib

Aysel Əlibəyli 22 Oktyabr 2026 · 17:28 1038 baxış Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova tələbə qızların peşəkar inkişafına dəstək verilməsi üçün dövlət qurumlarını və özəl sektoru əməkdaşlığı genişləndirməyə çağırıb. […]