--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Emin Bağırov: 20 Sentyabr suverenliyin tam bərpasını təsdiqləyən tarixi gündür

Aysel Əlibəyli 19 Sentyabr 2026 · 15:08 1112 baxış

Alim 2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror tədbirlərinin əhəmiyyətini vurğulayıb

Elpress.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitutunun Bərk Cisim Mexanikası laboratoriyasının müdiri, mexanika üzrə fəlsəfə doktoru, dosent Emin Bağırov 20 Sentyabrın Azərbaycanın dövlətçilik tarixindəki əhəmiyyətindən danışıb.Emin Bağırov bildirib ki, bu tarix Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası ilə bağlı mühüm tarixi mərhələ kimi yadda qalıb. Onun sözlərinə görə, 20 Sentyabr gələcək nəsillərə milli birlik, dövlət iradəsi və Vətən sevgisini əks etdirən tarixi hadisə kimi ötürüləcək.O qeyd edib ki, Azərbaycan uzun illər ərzində münaqişənin sülh və danışıqlar yolu ilə həllinə çalışıb. Lakin qarşı tərəfin mövqeyi və yaranmış vəziyyət nəticəsində 2020-ci ildə Vətən müharibəsi başlayıb. 44 günlük müharibənin Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ olduğu vurğulanıb.Emin Bağırovun sözlərinə görə, 2023-cü ildə Azərbaycan ərazisində qanunsuz silahlı birləşmələrin fəaliyyətinə son qoyulması və konstitusion quruluşun bərpası məqsədilə antiterror tədbirləri həyata keçirilib. Onun bildirdiyinə görə, 24 saat davam edən əməliyyat nəticəsində Azərbaycanın bütün ərazisində dövlət suverenliyi təmin edilib.Alim bu prosesdə siyasi iradə, xalqın həmrəyliyi və Azərbaycan Ordusunun rolunu xüsusi qeyd edib. O bildirib ki, 2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror tədbirləri Azərbaycanın milli maraqlarını və ərazi bütövlüyünü qorumaq əzmini nümayiş etdirib.Emin Bağırov qeyd edib ki, 20 Sentyabr Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasını təsdiqləyən gün kimi ölkənin müstəqillik tarixində xüsusi yer tutur. Onun sözlərinə görə, bu tarix Azərbaycanın gələcək inkişafı baxımından da mühüm siyasi əhəmiyyət daşıyır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Elçin Mirzəbəyli suverenlik və milli güc amilindən yazıb

Next Article

Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Paşinyan: Ermənistan Aİ üzvlüyünə hazır deyil

Aysel Əlibəyli 07 İyun 2026 · 12:42 1200 baxış Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin hazırda Avropa İttifaqına üzvlük üçün müraciət etmədiyini və buna hazır olmadığını bildirib. Parlament seçkilərində səsvermədən sonra jurnalistlərin suallarını cavablandıran hökumət […]

İstanbula yeni baş konsul təyin edildi

Aysel Əlibəyli 27 İyul 2026 · 18:41 1168 baxış Zamin Əliyev Azərbaycanın İstanbuldakı baş konsulu vəzifəsinə təyin olunub Elpress.az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə Zamin Əliyev Azərbaycanın Türkiyənin İstanbul şəhərindəki baş konsulu […]

Azərbaycan XİN Pakistana başsağlığı verib

Aysel Əlibəyli 20 Sentyabr 2026 · 19:16 1132 baxış Bakı Kohatda məscid və polis kompleksinə hücumu pisləyərək Pakistanla həmrəyliyini bildirib Elpress.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanın Xayber-Paxtunxva əyalətinin Kohat şəhərində baş verən […]

İlham Əliyev Pezeşkianı Bişkekdə “İstisu”ya qonaq edib

Aysel Əlibəyli 31 Avqust 2026 · 21:14 1112 baxış Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstanın paytaxtı Bişkekdə İran Prezidenti Məsud Pezeşkianla görüşüb. Elpress.az xəbər verir ki, görüş zamanı dövlət başçıları səmimi söhbət aparıblar. Görüşdən görüntülər yayılıb. […]