--:--:-- | 26 İyul 2026, Bazar
Son Xəbər
Yüklənir...

Ceyhun Bayramov BMT-nin xüsusi elçisi ilə görüş keçirdi

Aysel Əlibəyli 02 İyul 2026 · 18:00 1042 baxış

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş katibinin yol təhlükəsizliyi üzrə xüsusi elçisi Jan Todtu qəbul edib. Görüşdə ikitərəfli əməkdaşlıq və yol təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə olunub.

Elpress.az-ın Apa.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan BMT Baş katibinin yol təhlükəsizliyi üzrə xüsusi elçisi Jan Todt ilə görüş keçirib. Görüşdə Azərbaycan ilə BMT arasında mövcud əməkdaşlıq, yol təhlükəsizliyi sahəsində beynəlxalq təşəbbüslər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Nazir Ceyhun Bayramov görüş zamanı Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin icrası, müasir və təhlükəsiz nəqliyyat sisteminin formalaşdırılması, eləcə də yol hərəkəti təhlükəsizliyinin artırılması istiqamətində həyata keçirilən islahatlardan danışıb. O, nəqliyyat infrastrukturunun yenilənməsi, rəqəmsal texnologiyaların tətbiqi və yol təhlükəsizliyinin gücləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb.Xarici işlər naziri, həmçinin işğaldan azad edilmiş ərazilərdə müasir yol və nəqliyyat infrastrukturunun qurulması istiqamətində genişmiqyaslı layihələrin uğurla icra olunduğunu vurğulayıb.BMT Baş katibinin xüsusi elçisi Jan Todt isə yol-nəqliyyat hadisələrinin qarşısının alınması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və bu istiqamətdə həyata keçirilən qlobal təşəbbüslər barədə məlumat verib. O, Azərbaycanın yol təhlükəsizliyi sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin vacibliyini qeyd edib.Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Məşhur Hollivud aktyoru Alzheimer xəstəsi olduğunu açıqladı

Next Article

ABŞ Venesuelaya 2 min hərbçi göndərdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

HDQ-də döyüş hazırlığı üzrə taktiki təlim keçirilib

Aysel Əlibəyli 12 İyun 2026 · 18:57 1076 baxış Cari ilin hazırlıq planına uyğun olaraq, Hərbi Dəniz Qüvvələrində (HDQ) Hərbi Hava Qüvvələri (HHQ), Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi (DSXSM) və Fövqəladə Hallar Nazirliyinin (FHN) iştirakı […]

YAP Xəzər rayon təşkilatının 33 illiyi qeyd olundu

Aysel Əlibəyli 21 İyul 2026 · 12:49 1032 baxış Elpress.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının təsis edilməsinin 33-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edənlər bildiriblər ki, Prezident İlham Əliyevin […]

Qordon İlham Əliyevlə birgə fotosunu paylaşdı

Aysel Əlibəyli 14 İyul 2026 · 14:23 1022 baxış Ukraynalı jurnalist Dmitri Qordon Prezident İlham Əliyevlə birgə çəkilmiş fotosunu sosial şəbəkədə yayımlayıb. Elpress.az xəbər verir ki, Foto IV Şuşa Qlobal Media Forumunun kuluarlarında çəkilib, Qordon […]