--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Türkiyədə leysan və fırtına can aldı

Aysel Əlibəyli 25 İyul 2026 · 14:44 1090 baxış

Türkiyədə güclü yağış və fırtına nəticəsində bir nəfər ölüb, 35 vilayət üçün hava xəbərdarlığı edilib.

Elpress.az xəbər verir ki, Türkiyədə Balkanlardan gələn sərin və yağışlı hava kütləsinin təsiri ilə bir sıra bölgələrdə güclü leysan yağışları və fırtına müşahidə olunub. Paytaxt Ankaranın Elmadağ rayonunda fırtına zamanı ildırımın vurduğu yaşlı kişi həyatını itirib.

Meteorologiya Baş İdarəsi ölkənin 35 vilayəti üçün hava xəbərdarlığı yayıb. Ankaranın Mamak rayonunda güclü yağış səbəbindən yol çöküb və bir avtomobil çuxura düşüb. Bundan başqa, ibtidai məktəbin divarı uçub, sel suları motosikletləri aparıb, Altındağ rayonunda yerləşən yeraltı keçidi isə su basıb.

İstanbulun Güngören rayonunda da yeraltı keçid su altında qalıb. Aidiyyəti qurumlar vətəndaşları ehtiyatlı olmağa çağırır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Sahədə soğan yığarkən həyatını itirdi

Next Article

İan Peart vəfat edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Britaniyada ilin ən isti günü qeydə alınıb

Aysel Əlibəyli 13 Avqust 2026 · 21:18 1072 baxış Londonda temperatur 38,1 dərəcəyə yüksəlib, ölkədə yüksək temperaturla bağlı xəbərdarlıqlar verilib Elpress.az xəbər verir ki, Böyük Britaniyada davam edən isti hava dalğası fonunda ilin ən yüksək […]

ABŞ–İran sazişi virtual imzalanacaq

Aysel Əlibəyli 14 İyun 2026 · 12:28 1130 baxış Vaşinqton–Tehran razılaşması daha da yaxınlaşır ABŞ və İran rəsmiləri arasında davam edən gərgin danışıqlarda əldə olunan ilkin razılaşmanın yaxın günlərdə elektron imza ilə memorandum formasında rəsmiləşdirilməsi […]

Britaniyada sosial şəbəkələrdə gecə qadağası

Aysel Əlibəyli 02 Avqust 2026 · 14:52 1102 baxış Böyük Britaniyada 16–17 yaşlı gənclər üçün rəqəmsal “komendant saatı” tətbiq olunur Elpress.az xəbər verir ki, Böyük Britaniya hökuməti yeniyetmələrin psixoloji sağlamlığını və yuxu rejimini qorumaq məqsədilə […]

Türkmənistan İran aviaşirkətlərinə hava məkanını bağlayıb

Aysel Əlibəyli 24 Sentyabr 2026 · 15:14 1090 baxış Tehran–Düşənbə reysi geri qayıtmalı olub Elpress.az xəbər verir ki, Türkmənistan İran aviaşirkətlərinin öz hava məkanından istifadə etməsinə icazə verməyib.Məhdudiyyət səbəbindən Tehrandan Düşənbəyə uçan İran aviaşirkətinə məxsus […]