--:--:-- | 14 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Mark Rubio bildirib ki, ABŞ ilə İran arasında aparılan diplomatik prosesdə müəyyən irəliləyiş əldə edilib.

Aysel Əlibəyli 23 May 2026 · 18:49 1155 baxış

ABŞ ilə İran arasında aparılan diplomatik prosesdə müəyyən irəliləyiş əldə olunub.

“CBS News”un məlumatına görə, bunu ABŞ Dövlət Katibi Mark Rubio İranla bağlı danışıqları dəyərləndirərkən bildirib.O qeyd edib ki, İranla müharibənin qarşısını almağa hesablanmış mümkün razılaşma üzrə dolayı danışıqlarda “müəyyən irəliləyiş” müşahidə olunur və bunu müsbət addım kimi qiymətləndirib.Bununla yanaşı, Mark Rubio İranın uranın zənginləşdirilməsi məsələsi ilə bağlı fikir ayrılıqlarının hələ də qaldığını vurğulayıb. O, həmçinin Tehranın Hörmüz boğazında ödəniş sistemi yaratmaq təşəbbüsünü qəbuledilməz hesab etdiklərini deyib.ABŞ Dövlət Katibi əlavə edib ki, İran boğazın yenidən açılmasına razılıq verməsə, ABŞ və tərəfdaş ölkələrin alternativ “B planı” hazır olmalıdır.“Mənim hazırda sizin üçün yeni xəbərim yoxdur. Ola bilər ki, bu gün bir qədər sonra nəsə olsun. Bəlkə də heç nə olmayacaq. Ümid edirəm ki, olacaq, amma hələlik buna əmin deyiləm”, – deyə Mark Rubio İranla aparılan danışıqlara münasibət bildirərkən söyləyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

VI “Yüksəliş” müsabiqəsinin Analitik təhlil mərhələsi üzrə imtahanına start verilib.

Next Article

Galatasaray və Fenerbahçenın rəqibləri müəyyənləşib.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Şuşa Bəyannaməsi qardaşlığın sarsılmaz simvoludur

Aysel Əlibəyli 15 İyun 2026 · 15:27 1130 baxış 2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş ölkə arasında münasibətlərin yeni […]

Paşinyan: Ermənistan Aİ üzvlüyünə hazır deyil

Aysel Əlibəyli 07 İyun 2026 · 12:42 1172 baxış Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin hazırda Avropa İttifaqına üzvlük üçün müraciət etmədiyini və buna hazır olmadığını bildirib. Parlament seçkilərində səsvermədən sonra jurnalistlərin suallarını cavablandıran hökumət […]