--:--:-- | 10 Sentyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

HDQ-də döyüş hazırlığı üzrə taktiki təlim keçirilib

Aysel Əlibəyli 12 İyun 2026 · 18:57 1118 baxış

Cari ilin hazırlıq planına uyğun olaraq, Hərbi Dəniz Qüvvələrində (HDQ) Hərbi Hava Qüvvələri (HHQ), Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi (DSXSM) və Fövqəladə Hallar Nazirliyinin (FHN) iştirakı ilə dənizdə və sahilyanı ərazilərdə kritik enerji infrastrukturuna mümkün təhdidlərə qarşı müdafiə əməliyyatlarının təşkili üzrə döyüş atışlı taktiki təlim keçirilib.

Cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrində (HDQ) Hərbi Hava Qüvvələri (HHQ), Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi (DSXSM) və Fövqəladə Hallar Nazirliyinin (FHN) iştirakı ilə “Dənizdə və sahilyanı ərazilərdə kritik enerji infrastrukturuna təhdidlər zamanı müdafiə əməliyyatlarının aparılması” mövzusunda döyüş atışlı genişmiqyaslı taktiki təlim keçirilib.Təlimdə HDQ-nin döyüş, döyüş təminatı və təminat gəmiləri, Dəniz xüsusi təyinatlı və Dəniz piyada bölmələri, eləcə də digər qoşun və qurumların bölmələri iştirak edib. Təlim bir neçə mərhələdə icra olunaraq kompleks döyüş şəraitinin modelləşdirilməsi ilə həyata keçirilib.Məqsəd komandir heyətinin ekstremal və dəyişkən vəziyyətlərdə operativ qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsi, komanda-qərargah fəaliyyətinin gücləndirilməsi, həmçinin gəmilərin fərdi və taktiki qrup tərkibində döyüş tapşırıqlarını yerinə yetirmə hazırlığının yoxlanılması olub.Plana uyğun olaraq bölmələr “Həyəcan” siqnalı ilə qaldırılıb, tam döyüşə hazırolma dərəcəsinə gətirilib və təyin olunmuş əməliyyat rayonlarına çıxarılıb.Təlimin gedişində HDQ və DSXSM-nin gəmi-taktiki və gəmi-zərbə qrupları, HHQ-nin pilotsuz uçuş aparatları ilə birlikdə dəniz məkanında patrul fəaliyyətləri həyata keçirib, şərti düşmənin təxribat və hücum cəhdlərinin qarşısı alınıb, suüstü, sualtı və hava hədəfləri, o cümlədən üzən minalar və bazalaşma məntəqələri aşkarlanaraq zərərsizləşdirilib.Növbəti mərhələdə dəniz xüsusi təyinatlı bölmələri HDQ və DSXSM gəmiləri ilə qarşılıqlı fəaliyyətdə kritik enerji infrastrukturu və sahilyanı ərazilərin mühafizəsini təmin edib, kəşfiyyat-diversiya qruplarının zərərsizləşdirilməsi üzrə tapşırıqları icra edib. HHQ helikopterlərinin dəstəyi ilə adalar və sahil zonalarında yerləşən şərti düşmən mövqelərinə

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İsraildən sərt açıqlama: geri çəkilmə yoxdur

Next Article

Prezidentdən aeroportlarla bağlı yeni Fərman

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ərdoğanın dəvəti əsasında Türkiyəyə səfər etdi.

Aysel Əlibəyli 08 İyun 2026 · 20:22 1092 baxış Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuela prezidentinin vəzifələrini icra edən Delsi Rodriqez ilə görüşüb. Delsi Rodriqez Türkiyəyə Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə səfər edib. Məlumata görə, […]

MN-in hərbi qulluqçuları təltif olundu

Aysel Əlibəyli 25 İyun 2026 · 16:43 1082 baxış Müdafiə Nazirliyinin bir qrup hərbçisi xidmət fəaliyyətinə görə yüksək qiymətləndirilib və təltif edilib Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu xidmətlərində fərqləndiklərinə görə təltif olunub.Təltif olunan hərbçilər […]

Şuşada yeni yaşayış kompleksi ziyarət olundu

Aysel Əlibəyli 23 İyun 2026 · 13:48 1094 baxış İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa şəhərində inşa edilən birinci yaşayış kompleksində olublar. Görüş zamanı qonaqlara kompleks barədə məlumat […]