--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

İran Ukraynaya etiraz etdi: Tehrandakı diplomat XİN-ə çağırıldı

Aysel Əlibəyli 26 İyul 2026 · 02:04 1084 baxış

İran Xarici İşlər Nazirliyi Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkilini nazirliyə dəvət edərək Xəzər dənizində baş verdiyi iddia olunan insidentlə bağlı rəsmi etirazını çatdırıb.

Elpress.az xəbər verir ki, İran tərəfinin yaydığı məlumata əsasən, hadisə Ukrayna ordusunun Xəzər dənizində İran bayrağı altında üzən ticarət gəmisinə hücum etdiyi iddiası ilə əlaqədardır.

Bildirilir ki, insident nəticəsində bir dənizçi həlak olub, bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.Məlumata görə, Ukraynanın müvəqqəti işlər vəkilini İran xarici işlər nazirinin köməkçisi və Avrasiya üzrə baş direktoru Menuçehr Moradi qəbul edib. Görüş zamanı Tehran hadisə ilə bağlı kəskin narazılığını qarşı tərəfin diqqətinə çatdırıb.İran XİN bəyan edib ki, Xəzər dənizində ticarət gəmisinə hücum beynəlxalq hüququn, o cümlədən BMT Nizamnaməsinin prinsiplərinə ziddir və regionun təhlükəsizliyi üçün ciddi risk yaradır.Rəsmi Tehran baş verən hadisəyə görə Ukraynanın məsuliyyət daşıdığını bildirərək, insidentdə iştirak edən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmasını tələb edib.

Qeyd edək ki, Ukrayna tərəfi məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Quba Təngəaltı yolunda TIR aşdı, kilometrlərlə tıxac yarandı

Next Article

Şəkidə ağır qəza: Avtomobil iki piyadanı vurdu, bir nəfər həyatını itirdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Tramp Karolin Levittlə bağlı zarafat edib

Aysel Əlibəyli 22 Avqust 2026 · 12:07 1070 baxış ABŞ Prezidenti Ağ Evin keçmiş mətbuat katibinin yeni vəzifəsində də komandasında qalacağını bildirib Elpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evin mətbuat katibi vəzifəsindən […]

BƏƏ İranın iki ballistik raketini ələ keçirib

Aysel Əlibəyli 18 Avqust 2026 · 22:29 1070 baxış Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə sistemləri İrandan buraxılan iki ballistik raketi ələ keçirib. Elpress.az xəbər verir ki, bu barədə “Ynet” BƏƏ Müdafiə Nazirliyinin açıqlamasına […]

Paşinyan hökuməti istefa verdi

Aysel Əlibəyli 02 Avqust 2026 · 15:28 1090 baxış Ermənistanda parlamentin ilk iclası günü Konstitusiya tələbinə əsasən nazirlər kabineti buraxıldı Elpress.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və onun rəhbərlik etdiyi hökumət rəsmən […]

Pakistan ordusunun komandanı İran rəsmisi ilə görüşüb

Aysel Əlibəyli 24 Avqust 2026 · 20:37 1074 baxış Asim Münir və Məhəmməd Baqer Qalibaf regionda sabitlik və ABŞ-İran danışıqlarını müzakirə edib Elpress.az xəbər verir ki, Pakistan ordusunun komandanı, feldmarşal Asim Münir İran İslam Şurası […]