--:--:-- | 29 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

İran Ukraynaya sərt xəbərdarlıq etdi: “Bu hücum cavabsız qalmayacaq

Aysel Əlibəyli 26 İyul 2026 · 18:15 1114 baxış

İran rəsmiləri Xəzər dənizində ticarət gəmisinə edilən hücumla bağlı Ukraynaya sərt xəbərdarlıq edərək hadisənin cavabsız qalmayacağını bəyan ediblər.

Elpress.az xəbər verir ki, İran Parlamenti sədrinin müavini Əli Nikzad bildirib ki, ölkəyə və onun maraqlarına qarşı yönələn hər hansı hücum silahlı qüvvələrin qanuni cavab tədbirlərinə səbəb olacaq.

Onun sözlərinə görə, Ukraynanın atdığı addım ciddi nəticələr doğura bilər və Tehran bu hadisəyə lazımi cavabı vermək niyyətindədir.

Məlumata əsasən, İranın ticarət gəmisi Xəzər dənizində hücuma məruz qalıb. Hadisə nəticəsində bir neçə ekipaj üzvünün yaralandığı bildirilir.

Baş verən olaydan sonra Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfi rəsmi etirazını çatdıraraq, hücumu beynəlxalq hüququn pozulması və bölgədə gərginliyi artıran addım kimi qiymətləndirib.

Rəsmi Tehran bildirib ki, İran vətəndaşlarının təhlükəsizliyinə yönəlmiş hər hansı təhdidə qarşı lazımi tədbirlər görüləcək. ABŞ-ın da son günlər Qara dənizdə baş verən hadisələrlə bağlı Ukraynaya xəbərdarlıq etdiyi xatırladılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Sabahdan güclü külək: Bakıya və bölgələrə hava xəbərdarlığı edildi

Next Article

Nəriman Həsənzadənin vəziyyəti ağırlaşıb, yenidən süni tənəffüs aparatına qoşulub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ABŞ-da təyyarə qəzası: 3 İsrail vətəndaşı öldü

Aysel Əlibəyli 21 İyun 2026 · 19:32 1174 baxış Merilenddə baş verən təyyarə qəzasında pilot və iki sərnişin həyatını itirib. Elpress.az-ın məlumatına əsasən, ABŞ-ın Merilend ştatında yüngülmühərrikli təyyarə qəzası baş verib.Gecə saatlarında qeydə alınan hadisə […]

Tramp İranla bağlı görüşlər keçirəcək

Aysel Əlibəyli 22 Sentyabr 2026 · 05:56 1098 baxış ABŞ Prezidenti İran ətrafındakı vəziyyətlə bağlı danışıqlar aparacağını bildirib Elpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İran ətrafındakı vəziyyətlə bağlı bir neçə görüş keçirməyi planlaşdırdığını […]

İran ABŞ-ın yeddi günlük planla bağlı cavabını alıb

Aysel Əlibəyli 30 Sentyabr 2026 · 13:14 1096 baxış Abbas Əraqçi Vaşinqtonun mövqeyini Tehranda müzakirə edəcək Elpress.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın Tehran və Vaşinqton arasında etimadın yaradılmasına yönəlmiş yeddi […]

Aİ-nin 18 ölkəsi miqrasiyaya qarşı plan razılaşdırıb

Aysel Əlibəyli 27 Sentyabr 2026 · 18:04 1086 baxış Sərhədlərdə miqrasiya təzyiqinə qarşı yeni mexanizm hazırlanacaq Elpress.az xəbər verir ki, Avropa İttifaqına üzv 18 ölkənin daxili işlər nazirləri sərhədlərdə qeyri-qanuni miqrasiya axınının kəskin artmasının qarşısının […]