--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Hadisədən səhnədə duyğulandıran addım: Körpəyə qiymətli hədiyyə vədi

Aysel Əlibəyli 26 İyul 2026 · 19:00 1096 baxış

Türkiyəli müğənni Hadisə Didimdə baş tutan konserti zamanı etdiyi jestlə izləyicilərin rəğbətini qazanıb.

Elpress.az xəbər verir ki, ifa zamanı səhnəyə gətirilən körpəni qucağına alan sənətçi ailəyə sürpriz edəcəyini açıqlayıb.

Hadisə körpəyə 200 min türk lirəsi dəyərində beşibiryerdə qızıl hədiyyə etmək istədiyini bildirib və bu məqsədlə komandasına ailənin əlaqə məlumatlarını götürməyi tapşırıb.

Müğənninin bu addımı sosial şəbəkələrdə də maraqla qarşılanıb. Pərəstişkarları onun səmimi davranışını yüksək qiymətləndirərək paylaşımı geniş müzakirə ediblər.

Qeyd edək ki, Hadisə daha əvvəl də uşaqlara olan sevgisini dəfələrlə dilə gətirib. O, son konsertlərindən birində gələcəkdə ana olmaq arzusundan danışaraq bu istəyini açıq şəkildə ifadə etmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Nəriman Həsənzadənin vəziyyəti ağırlaşıb, yenidən süni tənəffüs aparatına qoşulub

Next Article

Azərbaycan kanoeçisi Avropa çempionatında gümüş medal qazandı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Tanınmış media nümayəndəsindən xoş xəbər

Aysel Əlibəyli 03 İyun 2026 · 18:08 1142 baxış Tanınmış telejurnalist Yelena Eyvazlı ailəsində sevindirici hadisə yaşanıb. Elpress.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib.O, yeni doğulan övladı ilə bağlı paylaşımında […]

Tupak Şakurun qətli ilə bağlı məhkəmə başladı

Aysel Əlibəyli 18 Avqust 2026 · 11:34 1106 baxış Reperin ölümünü təşkil etməkdə ittiham olunan Dueyn Kit Deyvisin işi üzrə ilk məhkəmə iclası keçirilib Elpress.az xəbər verir ki, ABŞ-nin Nevada ştatında məşhur amerikalı reper Tupak […]