--:--:-- | 26 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

İlham Əliyevin Almaniya səfəri strateji əməkdaşlığa yeni imkanlar açdı

Aysel Əlibəyli 26 İyul 2026 · 09:28 1080 baxış

Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycan ilə Almaniya arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyması baxımından mühüm əhəmiyyət daşıyır.

Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə bildirib.Deputatın sözlərinə görə, səfər çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə” iki ölkə arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik sahələrində əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm sənəd kimi qiymətləndirilir.

Qeyd olunub ki, enerji sahəsində əldə edilən razılaşmalar Azərbaycanın Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş rolunu daha da gücləndirir. Bununla yanaşı, iqtisadi əməkdaşlığın genişləndirilməsi, investisiya imkanlarının artırılması, yaşıl enerji və innovasiya layihələrinin həyata keçirilməsi üçün də yeni perspektivlər yaranıb.Deputat bildirib ki, səfər zamanı Orta Dəhlizin inkişafı, logistika əlaqələrinin genişləndirilməsi və Cənubi Qafqazda sülh prosesinə dair məsələlər də müzakirə olunub. Onun sözlərinə görə, bu görüşlər regional əməkdaşlığın və iqtisadi inteqrasiyanın güclənməsinə töhfə verəcək.

Əlibala Məhərrəmzadə vurğulayıb ki, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycan–Almaniya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafına yeni təkan verən mühüm diplomatik hadisə kimi qiymətləndirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Xəzər dənizində gecə saatlarında zəlzələ qeydə alınıb

Next Article

Sabahdan güclü külək: Bakıya və bölgələrə hava xəbərdarlığı edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İlham Əliyev Qarabağın bərpası ilə bağlı mesaj verib

Aysel Əlibəyli 14 Oktyabr 2026 · 21:37 1074 baxış Azərbaycanın işğaldan azad edilmiş ərazilərində şəhər və kəndlərin yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz qayıdışı davam edir. Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev […]

Rubiodan mühüm açıqlama — TRIPP sülhün açarıdır

Aysel Əlibəyli 27 May 2026 · 21:36 1168 baxış ABŞ Dövlət katibi Marko Rubio TRIPP layihəsinin Ermənistan və Azərbaycan arasında sülh sazişinin əsas tərkib hissəsi olduğunu bəyan edib. ELPRESS.az Azərtac- a istinadən xəbər verirki, Rubio […]

Emin Əmrullayev Yardımlıda vətəndaşları qəbul edəcək

Aysel Əlibəyli 27 Avqust 2026 · 15:59 1106 baxış Elm və təhsil naziri sentyabrın 18-də Yardımlıda üç rayonun sakinləri ilə görüşəcək Elpress.az xəbər verir ki, Elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 18-də Yardımlı şəhərində […]