--:--:-- | 26 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Falçının məsləhəti milyonçu etdi: Şəxsiyyət vəsiqəsindəki rəqəmlərlə böyük uduş qazandılar

Aysel Əlibəyli 26 İyul 2026 · 19:46 1098 baxış

Malayziyada yaşayan bir ailə lotereyada qazandığı milyonlarla dollar dəyərində uduşla ölkə gündəminə çevrilib.

Elpress.az xəbər verir ki, Pinanq ştatının Eyr-İtam şəhərində yaşayan cütlük falçının tövsiyəsindən sonra lotereya üçün həyatları ilə bağlı rəqəmləri seçmək qərarına gəlib.

Məlumata görə, onlar şəxsiyyət vəsiqələrindəki rəqəmlərlə oynayaraq 8,1 milyon Malayziya rinqqiti məbləğində böyük uduş əldə ediblər. Bu isə təxminən 2 milyon ABŞ dollarına bərabərdir.

Qaliblərdən biri əvvəlcə nəticəyə inanmadığını, lotereya tətbiqini dəfələrlə yoxladığını bildirib. O, qazandığı böyük məbləğə baxmayaraq, hazırkı işindən ayrılmaq niyyətində olmadığını deyib.

Ailə əldə olunan vəsaiti ilk növbədə borclarını bağlamağa, daha sonra isə uzunmüddətli səyahətə sərf etməyi planlaşdırır. Bildirilib ki, həyat yoldaşı təqaüdə çıxacaq, ailə başçısı isə mühasib kimi fəaliyyətini davam etdirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Füzulidə aerokosmik festival gəncləri bir araya topladı

Next Article

Azərbaycanda erkən analarla bağlı statistika açıqlanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Avropadan Azərbaycana turist axını artmaqda davam edir

Aysel Əlibəyli 02 İyul 2026 · 14:55 1124 baxış Elpress.az xəbər verir ki, bu ilin yanvar-aprel aylarında Azərbaycana Avropa ölkələrindən 60 min 269 turist səfər edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8 […]

Metroda intervallar qısaldılır – yeni qrafik açıqlanıb

Aysel Əlibəyli 14 Sentyabr 2026 · 13:59 1128 baxış Elpress.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-də aparılan texniki optimallaşdırma, monitorinq və sınaq tədbirlərindən sonra qatarlar arasında intervalların azaldılması qərara alınıb. Sentyabrın 15-dən etibarən “İçərişəhər–Əhmədli” istiqamətində […]