--:--:-- | 29 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Bakıda “Türk Dünyası Həftəsi” başladı: Türkoloji Qurultayın 100 illiyi qeyd olunur

Aysel Əlibəyli 29 İyun 2026 · 12:47 1148 baxış

Bir əsrlik elmi irsə həsr olunan böyük tədbir: Bakı Türk dünyasının mədəniyyət mərkəzinə çevrildi

Elpress.az-ın Apa.az-a istinadən verdiyi məlumata əsasən, Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan “Türk Dünyası Həftəsi”nin açılış mərasimi keçirilib.İyunun 29-da Heydər Əliyev Mərkəzində təşkil olunan tədbir Türk dünyasının elmi, mədəni və tarixi irsinin öyrənilməsi baxımından mühüm hadisə kimi qiymətləndirilib.Açılış mərasimində Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətini səsləndirib.Qeyd olunub ki, “Türk Dünyası Həftəsi” Azərbaycan Prezidentinin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncama uyğun olaraq təşkil edilib.1926-cı ildə ilk dəfə Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk xalqlarının elm, dil və mədəniyyət tarixində mühüm mərhələlərdən biri hesab olunur. Yubiley tədbirlərinin keçirilməsi təşəbbüsü 2025-ci ildə Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə Görüşündə irəli sürülüb.Tədbirdə Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan prezidentlərinin müraciətləri də təqdim olunub.Mədəniyyət naziri Adil Kərimli çıxışında bildirib ki, Azərbaycan Birinci Türkoloji Qurultayın irsinə böyük ehtiram göstərir və bu yubileyin dövlət səviyyəsində qeyd olunması Türk dünyasının ortaq elmi və mədəni dəyərlərinə verilən önəmin göstəricisidir.TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev isə vurğulayıb ki, Birinci Türkoloji Qurultayın irəli sürdüyü ideyalar bu gün də Türk dövlətləri arasında əməkdaşlıq və inteqrasiya proseslərinin inkişafında mühüm rol oynayır.Tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov Birinci Türkoloji Qurultayın yalnız elmi toplantı deyil, həm də türk xalqlarının ortaq kimliyini və mədəni bağlarını nümayiş etdirən tarixi hadisə olduğunu qeyd edib.“Türk Dünyası Həftəsi” çərçivəsində elmi görüşlər, mədəni proqramlar və müxtəlif tədbirlər keçiriləcək. Proqram iyulun 3-dək davam edəcək və Şuşa, Xankəndi, Ağdam şəhərlərində də təşkil olunacaq.Tədbirlərdə 20 ölkədən 80-dən çox tanınmış türkoloq-alim və müxtəlif beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İşə gecikdiyi üçün həbs olunan Azərbaycan rəssamı kim idi?

Next Article

Kamboca “ASAN xidmət” modelini öyrənir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb

Aysel Əlibəyli 19 Sentyabr 2026 · 15:12 1092 baxış Meysəri kəndində keçirilən festival iki gün davam edəcək Elpress.az xəbər verir ki, Şamaxının Meysəri kəndində V Üzüm və Şərab Festivalı keçirilir.İki gün davam edəcək tədbir yerli […]

Ankara Universitetində Əhməd bəy Ağaoğlunun barelyefi açılıb

Aysel Əlibəyli 19 Sentyabr 2026 · 14:24 1076 baxış Hüquq fakültəsində Ağaoğlunun adına auditoriya da istifadəyə verilib Elpress.az xəbər verir ki, Türkiyənin Ankara Universitetinin Hüquq fakültəsində Azərbaycan ictimai fikir tarixinin görkəmli nümayəndəsi Əhməd bəy Ağaoğlunun […]

“Hacı Qara” yeni yozumda səhnəyə qayıtdı: klassik komediyada Zəfər ruhu

Aysel Əlibəyli 28 İyun 2026 · 19:32 1166 baxış Elpress.az xəbər verir ki, iyunun 27-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-mərdi-xəsis” komediyası əsasında hazırlanan “Hacı Qara” tamaşasının premyerası keçirilib. […]

Xarıbülbül İğdırda qızıl boyunbağıda

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 14:35 1040 baxış Azərbaycanın simvollarından biri olan Xarıbülbül İğdırda zinət əşyası kimi təqdim edilib Elpress.az xəbər verir ki, Azərbaycan və Qarabağın tanınmış simvollarından biri olan Xarıbülbül İğdırda zərgərlik nümunəsinə […]