--:--:-- | 29 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

“Hacı Qara” yeni yozumda səhnəyə qayıtdı: klassik komediyada Zəfər ruhu

Aysel Əlibəyli 28 İyun 2026 · 19:32 1168 baxış

Elpress.az xəbər verir ki, iyunun 27-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-mərdi-xəsis” komediyası əsasında hazırlanan “Hacı Qara” tamaşasının premyerası keçirilib.

Səhnə əsəri klassik komediyanın ruhu qorunmaqla, müasir teatr estetikası və dinamik səhnə həlli ilə tamaşaçılara təqdim olunub. Tamaşanın səhnə redaktəsinin müəllifi Dilsuz Mustafayev, quruluşçu rejissoru isə Xalq artisti Cənnət Səlimovadır.

Musiqi və rəqs elementləri ilə zəngin olan tamaşanın bəstəkarı Firudin Allahverdi, xoreoqrafı Gülməmməd Şahverdiyevdir. Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru Gülnar Hacıyeva, rejissor assistenti isə Sona Məhərrəmovadır.

Əsərin süjet xətti Heydər bəy və Sona xanımın sevgisi ətrafında cərəyan edir. Maddi sıxıntılar və müxtəlif maneələrlə üzləşən qəhrəmanlar dostluğun, sədaqətin və əsl sevginin puldan üstün olduğunu nümayiş etdirirlər.

Yeni səhnə həllində XIX əsrə aid süjetə fərqli yanaşma diqqət çəkir. Bəzi epizodlarda Azərbaycanın müasir tarixinin, xüsusilə də Qarabağ Zəfərinin ruhunun hiss olunması tamaşaya əlavə məna və emosional çalar qatır.

Səhnə əsərində Xalq artisti Yasin Qarayev, Əməkdar artistlər Elnur Hüseynov, Gülər Nəbiyeva, Nəsibə Eldarova, eləcə də bir sıra tanınmış aktyorlar çıxış edirlər.

Qeyd edək ki, “Hacı Qara” Milli Gənc Tamaşaçılar Teatrının cari mövsümdə son premyerasıdır. Klassik Azərbaycan dramaturgiyasının incilərindən sayılan bu əsərin yeni səhnə yozumunu tamaşaçılar növbəti teatr mövsümündə də izləyə biləcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Tarixi təşəbbüs: Azərbaycan və Türkiyə paxlavanı UNESCO-ya təqdim edir

Next Article

Venesuelada möcüzə: zəlzələ dağıntıları altından 33 nəfər sağ çıxarıldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Milli Kitabxanada dil və kimlik mövzusunda seminar

Aysel Əlibəyli 11 İyun 2026 · 18:54 1140 baxış Milli Kitabxana-da “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” mövzusunda seminar təşkil edilib. Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi Prezident İlham Əliyevin 2026-cı il […]

Azərbaycan jurnalistləri Özbəkistanda IT Parkı ziyarət edib

Aysel Əlibəyli 19 Avqust 2026 · 14:09 1048 baxış Media nümayəndələrinə Özbəkistanın İT və rəqəmsal iqtisadiyyat strategiyası barədə məlumat verilib Elpress.az xəbər verir ki, Azərbaycanlı media nümayəndələri Özbəkistana təşkil olunan media turu çərçivəsində ölkənin aparıcı […]

Mehriban Əliyeva Nəriman Həsənzadə ilə bağlı paylaşım etdi

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:19 1062 baxış Birinci vitse-prezident Xalq şairi Nəriman Həsənzadənin vəfatından kədərini ifadə edib Elpress.az xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı […]

Niyazinin doğum günüdür: Azərbaycan dirijorluq məktəbinin banisi

Aysel Əlibəyli 20 Avqust 2026 · 09:42 1044 baxış Bu gün dünya şöhrətli dirijor və bəstəkar Niyazi Tağızadə-Hacıbəyovun anadan olmasının 114-cü ildönümüdür. Elpress.az xəbər verir ki, Niyazi Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm rol oynayıb. O, […]