Paytaxtda bəzi yerlərdə leysan və şimşək ehtimalı var
Elpress.az xəbər verir ki, Sentyabrın 29-da Azərbaycanda hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.Bakıda və Abşeron yarımadasında gün ərzində fasilələrlə yağış yağacağı, bəzi ərazilərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı bildirilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı ehtimalı da var.Paytaxtda şimal-şərq küləyi əsəcək. Temperatur gecə 17-20, gündüz isə 22-25 dərəcə isti olacaq. Nisbi rütubətin 70-80 faiz təşkil edəcəyi gözlənilir.Ölkənin rayonlarında da bəzi yerlərdə arabir yağış yağacaq. Ayrı-ayrı ərazilərdə yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir.Yüksək dağlıq ərazilərdə qar yağacağı, gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə olunacağı gözlənilir.Rayonlarda havanın temperaturu gecə 15-19, gündüz 22-27 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 3-6, gündüz isə 6-10 dərəcə isti proqnozlaşdırılır.


