--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Ankara Universitetində Əhməd bəy Ağaoğlunun barelyefi açılıb

Aysel Əlibəyli 19 Sentyabr 2026 · 14:24 1156 baxış

Hüquq fakültəsində Ağaoğlunun adına auditoriya da istifadəyə verilib

Elpress.az xəbər verir ki, Türkiyənin Ankara Universitetinin Hüquq fakültəsində Azərbaycan ictimai fikir tarixinin görkəmli nümayəndəsi Əhməd bəy Ağaoğlunun barelyefinin və onun adına yaradılan auditoriyanın açılışı keçirilib.Tədbirdə Ankara Universitetinin rektor müavini, professor Orhan Uzun, Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Azərbaycanın Türkiyədəki səfirliyinin və TÜRKSOY-un nümayəndələri, alimlər, ziyalılar və digər qonaqlar iştirak ediblər.Çıxışlarda Şuşada anadan olan Əhməd bəy Ağaoğlunun Azərbaycanın milli oyanışında, türk dünyasının ictimai və mədəni fikir tarixində, eləcə də təhsil, hüquq, mətbuat və modernləşmə sahələrindəki fəaliyyəti vurğulanıb.Bildirilib ki, 1925-ci ildə Ankarada yaradılan Hüquq məktəbinin təsisçilərindən biri olan Ağaoğlu burada müəllim kimi də fəaliyyət göstərib və Türkiyədə hüquq təhsilinin inkişafına töhfə verib.Tədbir zamanı Əhməd bəy Ağaoğlunun barelyefinin açılışı olub. Barelyef Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi əsasında heykəltəraş Əlisəfa Əsgərov tərəfindən hazırlanıb.Daha sonra Mədəniyyət Mərkəzinin layihəsi əsasında yenilənən Əhməd bəy Ağaoğlu auditoriyası təqdim edilib. Auditoriyada onun Azərbaycan və Türkiyədəki həyat və fəaliyyətinə, elmi, hüquqi, ədəbi və publisistik irsinə həsr olunan xüsusi bölmələr yaradılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib

Next Article

20 sentyabr üçün hava proqnozu açıqlanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“44” filminin premyera tarixi açıqlanıb

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 16:51 1084 baxış “44” bədii filminin ilk nümayişi oktyabrın 1-də Heydər Əliyev Mərkəzində keçiriləcək Elpress.az xəbər verir ki, “44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub. Filmin ilk nümayişi […]

Tibb işçilərinin əməyinə yüksək qiymət onların məsuliyyətini artırır

Aysel Əlibəyli 05 Sentyabr 2026 · 11:38 1074 baxış Binəqədi Tibb Mərkəzinin baş tibb bacısı səhiyyə əməkdaşlarına göstərilən diqqətin əhəmiyyətindən danışıb Elpress.az xəbər verir ki, Tibb işçilərinin əməyinin qiymətləndirilməsi və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində […]

Leyla Əliyeva “Turandot”un premyerasından paylaşım edib

Aysel Əlibəyli 25 Oktyabr 2026 · 22:06 1084 baxış Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıda nümayiş olunan “Turandot” operasının premyerasından görüntülər paylaşıb. Elpress.az xəbər verir ki, Cakomo Puççininin məşhur əsəri oktyabrın 24-də Heydər Əliyev […]