--:--:-- | 30 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Kamboca “ASAN xidmət” modelini öyrənir

Aysel Əlibəyli 29 İyun 2026 · 12:51 1156 baxış

Azərbaycanın uğurlu “ASAN xidmət” modeli xaricdə tətbiq olunacaq: Kamboca təcrübədən yararlanmaq istəyir

Elpress.az-ın məlumatına əsasən, Kamboca Krallığı Azərbaycanın dövlət xidmətləri sahəsində uğurlu layihələrindən biri olan “ASAN xidmət” modelini öyrənmək və bu təcrübədən yararlanmaq niyyətindədir.Bu məqsədlə Kambocanın poçt və telekommunikasiyalar naziri Vandet Çeanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.Səfər 2025-ci ilin dekabrında Dövlət Agentliyi ilə imzalanmış Anlaşma Memorandumunun icrası çərçivəsində təşkil olunub. Əsas məqsəd “ASAN xidmət”in fəaliyyəti ilə yaxından tanış olmaq, dövlət xidmətlərinin təşkili sahəsində Azərbaycanın qabaqcıl təcrübəsini öyrənmək və bu modelin Kambocada tətbiqi imkanlarını müzakirə etməkdir.Nümayəndə heyəti əvvəlcə Zəfər abidəsini və Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda həyatını itirən şəhidlərin xatirəsini ehtiramla yad edib.Daha sonra qonaqlar “ASAN xidmət” mərkəzində olublar. Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Azərbaycanın innovativ dövlət xidmətləri modeli, vətəndaş məmnuniyyətinə əsaslanan yanaşma və rəqəmsal həllər barədə nümayəndə heyətinə məlumat verib.Görüş zamanı bildirilib ki, “ASAN xidmət” Azərbaycanın uğurlu intellektual brendlərindən birinə çevrilib və onun təcrübəsi dünyanın 30-dan çox ölkəsinin marağına səbəb olub.Kambocalı nazir Vandet Çean “ASAN xidmət” modelini yüksək qiymətləndirərək, bu təcrübənin ölkəsində tətbiqi üçün lazımi addımların atılacağını qeyd edib.Səfər çərçivəsində nümayəndə heyətinə dövlət xidmətlərinin dizaynı, məlumatlara əsaslanan idarəetmə mexanizmləri və innovativ yanaşmalarla bağlı təqdimatlar keçirilib.Qonaqlar həmçinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, “Bilim Bakı”, Səyyar ASAN xidmət, 108 Çağrı Mərkəzi və ASAN TV/Radio kimi qurumların fəaliyyəti ilə tanış olublar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda “Türk Dünyası Həftəsi” başladı: Türkoloji Qurultayın 100 illiyi qeyd olunur

Next Article

İyunun 30-da hava necə olacaq?

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Prezident neft sənayesi işçilərini təltif edib

Aysel Əlibəyli 19 Sentyabr 2026 · 14:57 1068 baxış 10 nəfər “Əmək” ordeni, 18 nəfər “Tərəqqi” medalı ilə mükafatlandırılıb Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı […]

İstanbolda qəbir yeri qiymətləri açıqlandı

Aysel Əlibəyli 02 Avqust 2026 · 15:21 1072 baxış Türkiyənin meqapolisində qəbiristanlıq qiymətlərindəki kəskin fərq gündəm yaradıb Elpress.az xəbər verir ki, İstanbolda qəbir yerlərinin qiymətləri ilə bağlı rəsmi göstəricilər açıqlanıb və böyük müzakirələrə səbəb olub. […]

Azərbaycan və Almaniya “yaşıl hidrogen” layihəsində birləşir

Aysel Əlibəyli 06 İyun 2026 · 13:07 1172 baxış Azərbaycan və Almaniya enerji sahəsində əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi üçün “yaşıl hidrogen” də daxil olmaqla bir sıra layihələr üzərində işləyir. Elpress.az xəbər verir ki, bu […]

Pensiya kapitalının bir hissəsinin varislərə verilməsi təklif olunur

Aysel Əlibəyli 19 Avqust 2026 · 20:28 1046 baxış Deputat pensiya yaşına çatmadan vəfat edən şəxslərin kapitalından ailələrinin yararlanmasını təklif edib Elpress.az xəbər verir ki, Azərbaycanda pensiya kapitalından istifadə imkanlarının genişləndirilməsi və vətəndaş vəfat etdikdən […]