--:--:-- | 20 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Azərbaycanlı jurnalistlər druz şəhərinə səfər ediblər

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 16:24 1054 baxış

İsraildə media turunda iştirak edən jurnalistlər Hurfeişdə druz icmasının nümayəndəsi ilə görüşüblər

Elpress.az xəbər verir ki, İsraildə təşkil olunan media turunda iştirak edən azərbaycanlı jurnalistlər ölkənin şimalında, Yuxarı Qalileya dağlarında yerləşən Hurfeiş druz şəhərinə səfər ediblər.Səfər çərçivəsində jurnalistlər İsraildə druz icmasının nümayəndəsi, Universal Sülh Şurası İnsan Hüquqları Təşkilatının sədri Şeyx doktor Kasem Baderlə görüşüblər.Görüş zamanı Bader İsraildə və regionun digər ölkələrində yaşayan druzların vəziyyəti, qarşılaşdıqları çətinliklər və müxtəlif ölkələrdəki icmalar arasında əlaqələr barədə danışıb.Onun sözlərinə görə, druzlar əsasən Suriya, Livan, İsrail və İordaniyada yaşayırlar. Uzun illər ərzində həmin ölkələrdəki siyasi vəziyyət və sərhəd məhdudiyyətləri səbəbindən bir çox druz ailələri öz yaxınları və qohumları ilə görüşmək imkanından məhrum olublar.Şeyx Kasem Bader qeyd edib ki, Suriya və Livanla sərhədlərin bağlı qalması druz icmaları arasında əlaqələrin inkişafına ciddi maneə törədir. İordaniya ilə sülh sazişindən sonra müəyyən imkanların yarandığını bildirən Bader, Suriya və Livandakı vəziyyətin isə druzların qarşılıqlı əlaqələrinə hələ də təsir etdiyini vurğulayıb.O, həmçinin druzların Yaxın Şərqdə azlıq icması kimi üzləşdiyi problemlərə toxunaraq, regionda sülh və sabitliyin təmin edilməsinin icmaların gələcəyi üçün mühüm əhəmiyyət daşıdığını bildirib.Jurnalistlər görüş zamanı druzların tarixi, mədəniyyəti, dini ənənələri və İsrail cəmiyyətində tutduqları mövqe barədə də məlumat əldə ediblər.Druzlar əsasən İsrail, Suriya, Livan və İordaniyada yaşayan, özünəməxsus dini və mədəni ənənələrə malik ərəb dilli icmadır. Onlar özlərini ayrıca dini icma hesab edir və inanclarını qapalı icma daxilində qoruyurlar. İsraildə druzlar sosial və ictimai həyatda fəal iştirak edir, həmçinin İsrail Müdafiə Qüvvələrində xidmət edirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

12 il əvvəlki qətldə təqsirləndirilən şəxslərə 15 il həbs istənilib

Next Article

Bakıda 71 məzun qızıl və gümüş nişanla təltif olunub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Əli Hacı Ağaevlidən duyğulara toxunan yeni şeir

Aysel Əlibəyli 23 Avqust 2026 · 15:10 1130 baxış Şair Əli Hacı Ağaevli bu dəfə sözlərlə oxucularına səslənib. O, yeni şeirini şəxsi sosial media hesabında paylaşaraq yaradıcılığının daha bir nümunəsini təqdim edib. Elpress.az olaraq şairin […]

Bakı beynəlxalq qobelen sənətinə ev sahibliyi edir

Aysel Əlibəyli 09 İyun 2026 · 12:49 1203 baxış Bakıda qobelen və tekstil sənətinə həsr olunmuş beynəlxalq müsabiqə-sərgi açılıb. Elpress.az xəbər verir ki, “TOMA – Yaddaşın ilmələri: Xatirədən gələcəyə” adlı layihənin açılış mərasimi Şirvanşahlar Sarayında […]