--:--:-- | 28 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Bakı beynəlxalq qobelen sənətinə ev sahibliyi edir

Aysel Əlibəyli 09 İyun 2026 · 12:49 1215 baxış

Bakıda qobelen və tekstil sənətinə həsr olunmuş beynəlxalq müsabiqə-sərgi açılıb.

Elpress.az xəbər verir ki, “TOMA – Yaddaşın ilmələri: Xatirədən gələcəyə” adlı layihənin açılış mərasimi Şirvanşahlar Sarayında keçirilib. Sərgi Azərbaycan tekstil sənətinin görkəmli nümayəndəsi, professor Tamila Məmmədovanin xatirəsinə həsr olunub.Tədbiri açan İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud bildirib ki, layihə sənətkarın irsinin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.Çıxış edən incəsənət tarixçisi və Polşanın Lodz şəhərindəki Mərkəzi Tekstil Muzeyinin baş kuratoru Marta Kovalevska və Litva Rəssamlar İttifaqının prezidenti Eglė Ganda Bogdanienė layihənin beynəlxalq əməkdaşlıq və sənət mübadiləsi baxımından önəmini vurğulayıblar.“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov bildirib ki, müsabiqəyə 40-dan çox iştirakçı tərəfindən 150-dən artıq əsər təqdim olunub və işlər beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilib.Layihə çərçivəsində qaliblərin mükafatlandırılması həyata keçirilib, həmçinin Tamila Məmmədovanın həyat və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş etdirilib.Təşkilatçıların sözlərinə görə, TOMA layihəsi qobeleni yalnız dekorativ sənət deyil, həm də müasir vizual mədəniyyətin bir hissəsi kimi təqdim edərək ənənə ilə müasirlik arasında körpü yaradır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bazarda yoxlama: Tərtərdə reyd keçirildi

Next Article

MEMİM-dən ana dili ilə bağlı yeni təşəbbüs

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Şuşada “Kitab dayanacağı” istifadəyə verildi

Aysel Əlibəyli 20 İyul 2026 · 17:03 1112 baxış Şuşada günəş enerjisi ilə işləyən “Kitab dayanacağı” açıldı Elpress.az xəbər verir ki, Şuşada şəhər sakinləri və qonaqları üçün günəş enerjisi ilə işləyən “Kitab dayanacağı” istifadəyə verilib.”Azercell […]

Rotterdamlı Erazm Martin Lüterə niyə qoşulmamışdı?

Aysel Əlibəyli 12 İyul 2026 · 21:12 1154 baxış İyulun 12-si İntibah dövrünün görkəmli humanisti, filosofu və yazıçısı Rotterdamlı Erazmın anım günüdür. Elpress.az Kulis.az-a istinadən bildirir ki, İntibah dövrü humanizminin banilərindən biri hesab olunan holland […]

Lətif Kərimovun 120 illiyi Vyanada qeyd olundu

Aysel Əlibəyli 05 Oktyabr 2026 · 16:41 1078 baxış Görkəmli xalçaçı-rəssam və Xalq rəssamı Lətif Kərimovun 120 illik yubileyi münasibətilə Avstriyanın paytaxtı Vyanada Azərbaycan xalçalarından ibarət xüsusi sərgi təşkil olunub. Elpress.az xəbər verir ki, Azərbaycan […]

Nazir Xalq artistini evində ziyarət etdi

Aysel Əlibəyli 31 İyul 2026 · 12:13 1082 baxış Adil Kərimli 96 yaşlı bəstəkar Tofiq Bakıxanovla görüşüb Elpress.az xəbər verir ki, Mədəniyyət naziri Adil Kərimli 30 iyul tarixində Xalq artisti, görkəmli bəstəkar və pedaqoq Tofiq […]