--:--:-- | 04 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Bakıda Türk Dünyası Milli Kitabxanalarının ilk toplantısı keçirildi

Aysel Əlibəyli 02 İyul 2026 · 18:20 1094 baxış

Azərbaycan Milli Kitabxanasında “Türk Dünyası Milli Kitabxanaları” İctimai Birliyinin ilk toplantısı təşkil olunub. Tədbirdə gələcək əməkdaşlıq və birgə layihələr müzakirə edilib.

Elpress.az xəbər verir ki, İyulun 2-də Azərbaycan Milli Kitabxanasında “Türk Dünyası Milli Kitabxanaları” İctimai Birliyinin birinci toplantısı keçirilib. Tədbirdə Türk dünyası ölkələrinin milli kitabxanaları arasında əməkdaşlığın genişləndirilməsi, rəqəmsal layihələrin həyata keçirilməsi və 2026–2027-ci illər üzrə fəaliyyət istiqamətləri müzakirə olunub.Birliyin İdarə Heyətinin sədri, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov bildirib ki, iki il əvvəl yaradılması barədə qərar qəbul edilən birlik artıq rəsmi fəaliyyətə başlayıb. O, təşkilatın gələcəkdə daha da genişlənməsinin, digər türk dövlətlərinin də birliyə qoşulmasının və qurumun beynəlxalq təşkilat kimi qeydiyyata alınmasının əsas prioritetlərdən olduğunu vurğulayıb.Toplantının əsas müzakirə mövzularından biri Türk dünyasının ortaq elektron məlumat bazasının yaradılması olub. Təklifə əsasən, türk xalqlarının ortaq mədəni irsini əks etdirən rəqəmsal resurslar vahid platformada birləşdirilərək üzv ölkələrin istifadəsinə veriləcək.Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstan milli kitabxanalarının rəhbərləri təşəbbüsü dəstəklədiklərini bildirərək müəllif hüquqlarının qorunması, elektron kataloqların inteqrasiyası, texniki standartların hazırlanması və rəqəmsal əməkdaşlığın genişləndirilməsi ilə bağlı təkliflərini səsləndiriblər.Toplantıda kitabxanaçılar arasında təcrübə mübadiləsi proqramlarının təşkili, ortaq internet saytının yaradılması, vahid oxucu bileti modelinin hazırlanması, qarşılıqlı ədəbiyyat bölmələrinin formalaşdırılması və Türk dünyasının görkəmli şəxsiyyətlərinin yubileylərinin birgə qeyd olunması kimi məsələlər də müzakirə edilib.Sonda səsləndirilən təkliflər əsasında 2026–2027-ci illər üzrə fəaliyyət planı təsdiqlənib, ortaq elektron məlumat bazasının yaradılması, birgə layihələrin həyata keçirilməsi və Birliyin təşkilati fəaliyyətinin gücləndirilməsi ilə bağlı müvafiq qərarlar qəbul edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Paşinyandan Rusiya ilə dəmir yolu müqaviləsi açıqlaması

Next Article

Tramp min nəfərlik nümayəndə heyəti ilə Türkiyəyə gəlir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

AKİ-də sədr seçkisi ilə bağlı mübahisə

Aysel Əlibəyli 23 İyul 2026 · 12:45 1058 baxış AKİ-də keçirilən sədr seçkisinin qanunsuz olduğu iddia edilir Elpress.az xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) sədr seçkisi ətrafında mübahisə yaranıb. Bildirilib ki, Əli İsa Cabbarovun […]

“Cənnətin iqamətgahı” filmi təqdim edildi

Aysel Əlibəyli 03 Oktyabr 2026 · 21:25 1024 baxış Ordubadın qədim tarixi, mədəni irsi və etnoqrafik xüsusiyyətlərini özündə əks etdirən “Cənnətin iqamətgahı” sənədli-musiqili-etnoqrafik filminin təqdimatı keçirilib. Elpress.az xəbər verir ki, ekran əsərinin təqdimat mərasimi Nizami […]

Səməd Vurğunun 120 illiyinə xüsusi elektron baza yaradıldı

Aysel Əlibəyli 09 İyul 2026 · 15:14 1104 baxış Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyi münasibətilə onun həyat və yaradıcılığına həsr olunmuş elektron məlumat bazası istifadəyə verilib. Elpress.az-ın Kulis.az-a istinadən verdiyi məlumata əsasən, […]

Azərbaycan jurnalistləri Özbəkistanda IT Parkı ziyarət edib

Aysel Əlibəyli 19 Avqust 2026 · 14:09 1048 baxış Media nümayəndələrinə Özbəkistanın İT və rəqəmsal iqtisadiyyat strategiyası barədə məlumat verilib Elpress.az xəbər verir ki, Azərbaycanlı media nümayəndələri Özbəkistana təşkil olunan media turu çərçivəsində ölkənin aparıcı […]