--:--:-- | 20 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Bakıda 71 məzun qızıl və gümüş nişanla təltif olunub

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 16:27 1076 baxış

Paytaxt məktəblərinin 42 məzunu qızıl, 29 məzunu isə gümüş nişana layiq görülüb

Elpress.az xəbər verir ki, Bakıda ümumi təhsil müəssisələrinin XI sinfini başa vuran 71 məzun xüsusi nailiyyətlərinə görə qızıl və gümüş nişanla təltif olunub.Onlardan 42-si qızıl, 29-u isə gümüş nişana layiq görülüb.Qızıl nişanla təltif olunan məzunlar arasında 5, 63, 88, 113, 182, 226, 270 və 272 nömrəli tam orta məktəblərin, 6 və 70 nömrəli məktəb-liseylərin, həmçinin Kimya və biologiya təmayüllü respublika liseyi, Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyi, Bakı Avropa liseyi, Akademik Zərifə Əliyeva adına lisey, Humanitar fənlər təmayüllü lisey, Texniki-humanitar lisey və G. Əsgərova adına məktəb-lisey kompleksinin məzunları yer alıb.Gümüş nişana isə 17, 26, 157, 189-190 və 281 nömrəli tam orta məktəblərin, 20, 220 və 264 nömrəli məktəb-liseylərin, 2 nömrəli Texniki-humanitar liseyin, 291 nömrəli Ekologiya liseyinin, Akademik Zərifə Əliyeva adına liseyin, Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin, Kimya və biologiya təmayüllü respublika liseyinin, Texniki-humanitar liseyin, Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksinin, G. Əsgərova adına məktəb-lisey kompleksinin və Elitar gimnaziyanın məzunları layiq görülüblər.Məzunların qızıl və ya gümüş nişanla təltif olunması ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran şagirdlər üçün müəyyən edilmiş qaydalara uyğun həyata keçirilir. Bu qaydalar Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanlı jurnalistlər druz şəhərinə səfər ediblər

Next Article

Beş sosial islahat paketi 4 milyon vətəndaşa fayda verib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Qadınlar üçün ilk hərbi xidmət müqaviləsinin müddəti azaldılıb

Aysel Əlibəyli 30 Sentyabr 2026 · 20:52 1078 baxış Elpress.az xəbər verir ki, Azərbaycanda bağlaşma əsasında həqiqi hərbi xidmətə qəbul qaydalarında dəyişiklik edilib. Müvafiq qərar Baş nazir Əli Əsədov tərəfindən imzalanıb.Yeni dəyişikliyə əsasən, qadınların hərbi […]

Avqustun hava proqnozu açıqlanıb

Aysel Əlibəyli 30 İyul 2026 · 16:52 1078 baxış Avqustda Azərbaycanda isti hava üstünlük təşkil edəcək — temperatur 41°C-yə çatacaq Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti avqust ayı üçün ölkə üzrə gözlənilən hava şəraitinə […]

Azərbaycanda temperatur yüksəlir

Aysel Əlibəyli 10 İyun 2026 · 12:45 1170 baxış İyunun 11-də Azərbaycanda əsasən isti və yağmursuz hava şəraiti müşahidə olunacaq. Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən […]

Avqustda 10 gün iş olmayacaq

Aysel Əlibəyli 20 İyul 2026 · 16:50 1100 baxış Avqust ayında iş və istirahət günlərinin sayı açıqlanıb Elpress.az xəbər verir ki, Azərbaycanda avqust ayında rəsmi bayram və ya anım günü olmadığından qeyri-iş günləri yalnız həftəsonlarına […]